Bakıda ucalan İstiqlal muzeyinin yaradıcıllarından biri olan Hüseyn bəy Mirzəcamalov...

22-02-2026, 00:09           
Bakıda ucalan İstiqlal muzeyinin yaradıcıllarından biri olan  Hüseyn bəy Mirzəcamalov...
Bu bizik?!
Tanınmış şəxsiyyətlərimiz o qədərdir ki...Bakıda ucalan İstiqlal muzeyini yəqin ki, yaxşı xatırlayırıq. Biz muzeyi dəfələrlə ziyarət etsək də onun yaradıcıları haqda heç düşünməmişik.
Bu şəxs 1890-cı ilin 18 fevralında Şuşada kasıb bir ailədə dünyaya gələn Hüseyn bəy Mircəmalovdur. Sonralar mühacir həyatı yaşamağa məcbur olan Hüseyn bəy Mirzəcamalov İrəvandan olan filologiya elmləri doktoru, professor Məhəmməd Ağaoğlu ilə birlikdə (ABŞ-da vəfat edib) Cümhuriyyət dövründə İstiqlal Muzeyinin həmtəsisçisi olub.
Hüseyn bəy Mirzəcamalov Cümhuriyyət dövründə Parlamentin Qanun layihələri şöbəsinin rəisi də olub. Buna qədər isə o, artıq tanınmış ictimai və teatr xadim, publisist, şair, dramaturq və tərcüməçi kimi tanınırdı...Ali pedaqoji təhsil almışdı. Bakı Universitetində riyaziyyatdan dərs də deyib.
Gənc yaşlarından Müsavat Partiyasının üzvü olub. Müsavat firqəsinin Bakı komitəsi təşkil edildiyi zaman komitənin sədri Abbasqulu Kazımzadənin müavinləri sırasında Hüseyn bəy Mirzəcamalov və Mirzəbala Məmmədzadənin adları da var. Qafqazın müxtəlif bölgələrindən Məclisə 19 nəfər namizədin siyahısında Karyagin qəzasının komissarı Mirzə Hüseyn Mirzəcamalovun adı çəkilir. Dediyim kimi, o, Ziraət və Dövlət Əmlakı Nəzarətində (Əkinçilik və Dövlət Əmlakı Nazirliyində) nazirinin şəxsi katibi, AXC Parlamentinin Dəftərxanasında Qanunvericilik (Ləvayihi-qanuniyyə) şöbəsinin müdiri olub.
Hüseyn bəy Tiflisdə Azərbaycan teatrı üçün “Auditoriya” binasının açılış mərasiminin təşkilində iştirak etmiş şəxsdir. Burada təşkil olunan teatr tamaşalarına həm təşkilatçı kimi rəhbərlik edib və həm də maliyyə köməyi edib.
1919-cu il dekabrın 7-də Azərbaycanda ilk dəfə İstiqlal Muzeyi təsis olunmasının vacibliyi ortaya çıxır. Parlament üzvləri tərəfindən Hüseyn bəyin ideyası rəğbətlə qarşılanır. Parlamentin muzeyin yaradılması haqda qərarı, AC Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə imzalayırlar. Ağaoğlu və Mirzəcamalovun yaxından iştirakı ilə hazırlanmış bu muzey qərara əsasən elə parlamentin binasında təşkil edilir. O vaxt Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında belə bir sərəncam vermişdi: “Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır”.Xatırladım ki, İstiqlal Muzeyi 1920-ci il aprelin 28-dək beş ay fəaliyyət göstərir.
Aprel işğalından sonra Bakını tərk edən Hüseyn bəyin Türkiyədə mühacir həyatı başlanır. O, burada da siyasi fəaliyyətini da davam etdirir.. H.Mirzəcamalzadənin mühacir ziyalılar ilə yaxın münasibətdə olub. Məhəmmədəmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdullah Sur kimi şəxslərlə dostluq edib. O, hamı tərəfindən sevilirdi. Türkiyədə Hüseyn Camal Yanar hətda mühacirlər arasında “Azəri dayı”, “Hüsü dayı” ləqəbləri ilə tanınırdı. 1924-cü ilidə o, Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunur. Mühacirətdə çap olunan "Azərbaycan" jurnalında şerləri, məqalələri çap olunmağa başlayır.
Hüseyn bəy mühacirətdaxili qalmaqallardan uzaq bir həyat yaşayıb, fərqli baxışları olan liderləri daim birliyə səsləyib. Onun mühacirət daxilində birlik naminə edilən bu günüzə qədər gəlib çatan bir neçə məktubu var. Mühacirət daxilində yaranmış fikir ayrılıqlarına səbəb Əbdürrəhman Fətəlibəylinin timsalında gənc bir lider ortaya çıxması idi. Nəticədə Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamzadə və bir sıra legionerlər bu yeni cəbhədə yer almışdılar. Rəsulzadənin Müsavat partiyası və Milli Mərkəzinin qarşısında artıq Azərbaycan Milli Birlik Məclisi kimi təşkilat dayanırdı. Rəsulzadənin Fətəlibəyliyə qarşı yaranan mənfi münasibətinin səbəbi Azərbaycan Milli Birlik Məclisinin Visbaden Bəyannaməsini imzalaması idi..Digər tərəfdən Rəsulzadənin fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinə alternativ olaraq Azərbaycan Milliyyətçilər Dərnəyinin 1952-ci ildə təsis edilməsi bu qarşıdurmanı daha da alovlandırmışdı.
Həmtəsisçilərdən olan M.Ağaoğlu Hüseyn bəyin bacısı Qəmər xanımla ailə həyatı qurub. O, Türkiyəyə gedəndə bacısı Xeyransanı və onun dörd qızı (Sürəyya, Qəmər, Dilşad) ilə bir oğlunu da özü ilə aparır. Çünki bacısının əri, Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, ona görə də ilk qətlə yetirilənlərdən olub. Qəmər xanımın fizika professoru Dilşad Talibxan Elbrus və Sürəyya adlı iki bacısı olub.
Hüseyn bəy ömrünün sonuna kimi evlənməyib və 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaracaəhməd qəbiristanlığında dəfn olunub.
https://teleqraf.az/news/toplum/217506.html
Baba Allahnəzərov
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru