19 əsrdə yaşamış 20-ci əsrin adamı hövsanlı Rza Baxşəliyev.

23-02-2026, 00:07           
19 əsrdə yaşamış 20-ci əsrin adamı hövsanlı Rza Baxşəliyev.
Bu bizik?!
Bir hövsanlı var ki, bütün Azərbaycan onun adı və nailiyyətləri ilə fəxr edir. Bu şəxs xalça üzərində tarix yazan Azərbaycanda güləş idman növünün banisi Rza İbrahim oğlu Baxşəliyevdir. Yunan-roma və sərbəst güləş üzrə SSRİ əməkdar idman ustası, Azərbaycan SSR əməkdar məşqçisi, ümumittifaq dərəcəli hakim, əməkdar bədən tərbiyəsi və idman xadimi Rza Baxşəliyev..
Həmişə Hövsan kəndində doğmalarımı ziyarət edəndə yolun qırağında qızı tərəfindən ucaldılmış məzarı ilə rastlaşıram. Ruhuna Fatihə oxuyub keçirəm. Qürurlanıb yoluma davam edirəm..
Rza Baxşəliyev 1899-cu il martın 22-də Bakının Hövsan kəndində İbrahim kişinin ailəsində dwnyaya gəlib. 93 il şərəfli ömür sürən Rza Baxşəliyev 1992-ci ilin 30 yanvarında vəfat edib. Vəsiyyətinə uyğun olaraq doğulduğu doğma Hövsan kəndində dəfn olunub. Onun dəfni dövlət tərəfindən rəsmi qaydada keçirilib.
O, bir əfsanədir.! Həmişə dilimizdə səslənəcək, qürur duyacağımız Rza Baxşəliyev əfsanəsi. Altını qırmızı xətlə cızaraq deyirəm: Bu günə qədər Azərbaycan qazandığı güləş üzrə medallar görə Rza Baxşəliyevə, onun gələcək nəsillərə qoyduğu məktəbə borcludur.!
Baxın: Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və Helsinkidə gümüş mesallı ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi onlarla güləşçilər olmuşdur. Sonrakı dönəmlərdə isə Aydın İbrahimov, Rafiq Hacıyev, Xəzər İsayev, Arif Niftullayev və Məhyəddin Allahverdiyev,Fərhad Məhərrəmov kimi dünya şöhrətli pəhləvanlar üzə çıxdı.
Haqqında "XIX əsrdə doğulmuş, XX əsrin adamı: Rza İbrahim oğlu Baxşəliyev" adlı kitab çıxıb. Kitabda Rza müəllimin həyat yolunun önəmli anları, elmi əsərləri, kitabları, idmanda göstərdiyi nailiyyətlər, onun yetişdirdiyi məşhur pəhləvanların nailiyyətləri, fikirləri, müəllimlik və məşqçilik fəaliyyəti, idmanda xalqa yüksək xidmətinə görə diplom və fəxri fərmanları, jurnallarda, qəzetlərdə dərc olunmuş məqalələr, fotoşəkillər, idman ictimaiyyəti nümayəndələrinin, alimlərin, dostlarının, iş yoldaşlarının, yazıçıların xatirələri ilə və başqa sənədli qaynaqlarla işıqlandırılır.
Onun adı Azərbaycan Milli Ensiklopediyasında da yer alıb.
O, dama oyununu da yaxşı bilirdi və bu idman növü üzrə dəfələrlə yarışlar təşkil edirdi. Özü də bu növdə bürünc medal qazanıb. Rza Baxşəliyev yeddi dil bilirdi. O, az rast gəlinən intelektual idmançı idi. Biz hövsanlılar bu gün Rza Baxşəliyev adını əziz tuturuq. Onu xatırlayanların qəlbində o, əbədi yaşayacaq.
Sözardı: Onun bir qızı var və atası ilə bağlı bir neçə dəfə telefon əlaqəsi saxladıqdan sonra görüşümüz də olub.Maraqlı fikir mübadiləsi aparmışıq. Rza Baxşəliyev haqqında daha geniş yazımla isə çıxacaq kitabımda tanış ola bilərsiz.
Baba Allahnəzərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru