Böyük ailə modelində reabilitasiyaya ehtiyacın faizi

24-02-2026, 15:27           
Böyük ailə modelində reabilitasiyaya ehtiyacın faizi
Böyük ailə modeli cəmiyyətlərdə sosial sabitliyin əsas dayaqlarından biri hesab olunur. Ekoloji sistem nəzəriyyəsinə görə ailə mikro-sistem kimi fərdin psixoloji inkişafında qoruyucu mühit yarada bilər. Çoxnəsilli struktur emosional yükü bölüşdürür, rol modellərinin sayını artırır və sosial nəzarət mexanizmini gücləndirir. Bu, xüsusilə uşaqlarda davranış tənzimlənməsi və sosial məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərir. Azərbaycan ailə mədəniyyətlərində böyük ailə modeli sosial kapitalın əsas mənbələrindən biridir. Bacı-qardaş münasibətləri burada təkcə emosional bağ deyil, həm də sosial resursdur. Uşaqlar bir-birinə dəstək olur, məsuliyyəti bölüşür, çətinlikləri kollektiv şəkildə aşmağa çalışırlar. Bu mühit əməkdaşlıq, paylaşma və qarşılıqlı məsuliyyət hissini formalaşdırır. Böyük bacı və ya qardaşın erkən yaşda liderlik və qayğı rolu alması gələcək sosial nüfuzun inkişafına təsir edə bilər. Bu baxımdan ailədaxili dəstək mexanizmi fərdi yüksəliş üçün platforma rolunu oynaya bilər. Lakin eyni mexanizm bəzən görünməz risklər də yaradır. Əgər dəstək həddindən artıq məsuliyyətə çevrilirsə, böyük uşağın valideyn funksiyasını üzərinə götürməsi, emosional yüklənmə və öz ehtiyaclarının kölgədə qalması ilə nəticələnə bilər. Eyni zamanda, kollektiv imicin qorunması fərdi psixoloji çətinliklərin açıq ifadəsini azalda bilər. Belə hallarda sistem sabit görünür, amma fərdi səviyyədə basdırılmış emosiyalar mövcud olur. Bu səbəbdən ailə sabitliyini iki formada dəyərləndirmək mümkündür. İnkişafedici sabitlik və donmuş sabitlik. İnkişafedici sabitlik dəstək, sağlam rol bölgüsü və emosional açıq ünsiyyətlə xarakterizə olunur. Donmuş sabitlik isə konfliktlərin və fərdi ehtiyacların sistem naminə susdurulması ilə formalaşır. Xaricdən baxanda hər iki halda nizam mövcud görünə bilər, lakin psixoloji nəticələr fərqlidir. Azərbaycan reallığında çoxuşaqlı ailələrdə bacı-qardaş dəstəyi sayəsində sosial və peşəkar yüksəlişə nail olmuş çox sayda nümunə var. Bu, böyük ailə modelinin güclü sosial gərginliyi azlatma mexanizmi olduğunu göstərir. Məncə bu məqamda ailə başçılarının uşaqlar qarşısında nümunə modeli də mühm rol oynayır. Əgər uşaqlar arasında ayrı seçiklik yaradılmırsa və fərqlər göz önündə olmursa, çağırışlar hamı üçün eyni səs tonunda tətbiq edilirsə və s...
Mehriban Zeynalova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru