Bayraq və illüziya: Şah II Abbasın Arakanda psixoloji zəfəri

25-02-2026, 16:14           
Bayraq və illüziya: Şah II Abbasın Arakanda psixoloji zəfəri
17-ci yüzillikdə ingilislərin sömürgə təşkilatı olan Ost-Hind şirkəti Şərqdə bir çox talanlar və zülümlər törətmişdi. Bu şirkətin zülmünü çəkən ölkələrdən biri də Mrauq-Arakan dövləti idi. İngilislər tez-tez bu bölgəyə gəmilərlə gəlir, talan və qətliamlar törədib geri qayıdırdı. Arakan dövləti yardım üçün bir çox ölkəyə məktub yazmış və yalnız Azərbaycan Səfəvi imperiyasından müsbət cavab alır. Şah II Abbas Səfəvi onlara yardım edəcəyinə söz verir. Artıq ingilislər orda bir neçə dəfə qətliamlar etmiş və xeyli mallar daşımışdı. Arakanlılar əsgəri qüvvə və top-tüfəng gözlədiyi halda Səfəvi elçisi onlara çoxlu bayraq və Səfəvi ordusuna aid geyimlər (həmçinin atlara, fillərə aid) verir. Şah II Abbasın fikri bu idi ki, göndərilənləri geyinən və bayraq tutan Arakanlıları uzaqdan görən Ost-Hind döyüşçüləri orada Səfəvi qoşununun olduğunu zənn edəcək və belə də oldu. Gəmilərlə yaxınlaşan ingilislər Qızılbaş geyimli insanları və Qızılbaş bayrağını gördükdə geri çəkilirlər. Bunu görən Arakan dövləti çox sevinir və hətta Səfəvilərin vassalı olmaq istəyir. Lakin Şah II Abbas yardımının təmənnasız olduğunu bildirərək təklifi rədd etmişdir. Bu hadisədən sonra ingilislər 200 il boyunca Arakana toxunmadı. İngilislərin sonrakı gəlişində isə artıq Səfəvilər tarixə qarışmışdı.

Qaynaq: J.Hobbins, "Powerfull Islamic Empires- Safavid, Ottoman and Mughal" Birmingam 2005
Narmin Zeynal
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru