Ərənlərdən soruşdum; Dedim ki, necə baxım?

27-02-2026, 12:14           
Ərənlərdən soruşdum;
-“Ağılla, ibrətlə və elmlə bax” dedilər.
Boşluq içindəyəm, dedim:
-Dedilər ki, gəl, dolduraq.
Yaxşı deyib eşq ocağında can oldum;
-Dedilər ki, sən yox, səni istəyən bizik.
Dedim, mənə bir hikmət öyrədin;
-Dedilər ki, qayıdıb keçmiş halına bax.
Dedim ki, nə vaxt kamilliyə çatacağam?
-Mən - deməyi dayandıranda dedilər.
Yaxşı, dedim, zikrimə zikri əlavə etməliyəmmi?
-Dedilər ki, “yox, sənə verdiklərimiz sənə artıqdır”.
Mən hirsləndiyim adamdan hesab soruşduğumu dedim;
-Dedilər ki, hesab verən sənsən.
Bəzilərini qınadığımı dedim;
-Dedilər ki, qınadıqlarını yaşamadan ölməyəcəksən.
Mən də susmağa çalışacağam dedim;
-Maşallah, dedilər: danışandan çox susanlar öyrənir.
Dedim: “Mən Rəbbimi tanımaq istəyirəm;
-Dedilər ki, əvvəlcə özünü tanı.
Mən özümü necə tanıyım? - dedim;
-Dedilər əvvəl yerini bil.
Sonra dedim ki, mən heç kiməm?
-Dedilər ki, bu məqamının qədrini bil.
Göyləri ucaldan və onu zinətlərlə dolduran,
-“Ol” deyəndə olduranın doxsan doqquz adı ilə istə.
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru