AZƏRBAYCAN, ÇİN VƏ QAZAXSTAN ALİMLƏRİNİN MOLEKULDAXİLİ SƏTHİ FƏALLIQLA BAĞLI ELMİ KƏŞFLƏRİ ALMANİYADA QEYDİYYATDAN KEÇİB
10-03-2026, 09:01
Kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professoru və akademiki, "Kolloid Kimyası" ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, çoxsaylı Elımi Kəşflər müəllifi Rahim Abas oglu Daşdıyevin TEREF-ə verdiyi məlumata görə molekuldaxili səthi fəallıqla bağlı Azərbaycan, Çin və Qazaxstan alimlərinin Elmi Kəşfləri 2023-cü ildə Almaniyada qeydiyyatdan keçmişdir. Professorun açıqlamasına görə üzərində 40 ilə yaxın axtarışlar aparılan bu Elmi Kəşf Nanokolloid kimyasında inqilabi perspektivlərə malik nəzəri və praktiki prioritetlər baxımından tamamilə yeni bir istiqamətdir.