Qarabağda erməni separatizmini dəstəkləyən SSRİ Daxili İşlər Nazirliyi zabiti Krivopuskovun cinayətləri FOTO

16-03-2026, 09:38           
Qarabağda erməni separatizmini dəstəkləyən SSRİ Daxili İşlər Nazirliyi zabiti Krivopuskovun cinayətləri FOTO
Qarabağda erməni separatizmini dəstəkləyən SSRİ Daxili İşlər Nazirliyi zabiti Krivopuskov 2007 ildə Moskvada nəşr olunan kitabında törətdikləri vəzifə cinayətlərini utanmadan etiraf edir: 17 noyabr 1990 ildə Qarabağakı sovet qoşunu əsgərləri Hadrut bölgəsində 25 nəfər ermənini həbs ermişdi. Onların arasında Nazik Əmiryan adlı bir qız da var idi. Robert Köçəryan və Serj Sarkisyan mənə zəng edib kömək istədilər. Həbs olunanların Şuşaya aparılmasına mane olmaq lazım idi. General Safonov onların Şuşa həbsxanasına göndərilməsini tələb edirdi. Biz versiya hazırladıq ki, Hadrut sakinləri və Nazik istintaq qrupumuza kənddə gizlədilən silah və sursatın ələ keçirilməsinə kömək üçün lazımdırlar. Onlar Stepanakert Daxili İşlər İdarəsi təcridxanasında istintaq altında olmalıdır. Azərbaycanlılar qəti şəkildə etiraz etdilər. Lakin noyabrın sonunda general Safonov vəzifəsindən azad edildi və yeni komendantın dəstəyi ilə Nazik Əmiryan Stepanakert müvəqqəti saxlama təcridxanasına köçürüldü. 17 dekabr 1990-cı ildə, onun 30 günlük inzibati müddəti bitdi və azadlığa buraxıldı. (Digərləri isə daha əvvəl azad edilmişdi. Onlar regional xəstəxanadan qaçmışdılar.)

Şəkildə həmin qızı və erməni yaraqlılarını görürsünüz.
Эльдар Тагиев
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru