Şeyx Məhəmməd Rasizadə — Hüseyn Cavidin böyük qardaşı, sabiq Baş nazir Artur Rasizadənin babasıdır.

29-03-2026, 00:05           
Şeyx Məhəmməd Rasizadə —
Haqqında apardığım qısa araşdırma zamanı bir neçə maraqlı mənbə ilə tanış oldum. Deməli, Şeyx Məhəmmədin atası Hacı Molla Abdulla məlahətli səsə malik olub, Təbrizdə və Şamaxıda rövzəxanlıq edib. O, böyük maarifçi şair Seyid Əzim Şirvani ilə dostluq münasibətlərində olub. Üç oğul böyüdüb:
– Şeyx Məhəmməd Tehranda,
– Hüseyn Cavid İstanbulda,
– Əlirza isə Gürcüstanda təhsil alıb.
Şeyx Məhəmməd Rasizadə Naxçıvanda orta məktəblərdə ana dili və ədəbiyyat müəllimi kimi çalışıb. Naxçıvan folklorunun toplanmasında mühüm xidmətlər göstərib, “Şahnamə”dən parçaları dilimizə tərcümə edib. Qardaşı Hüseyn Cavidi təhsilini davam etdirmək üçün İstanbula göndərən də o olub və bütün məsrəfləri özü qarşılayıb.
Cavid həbs olunduqdan sonra onun üçün ağır günlər başlayıb. Əvvəlcə maaşı gecikdirilib, sonra iş otağı əlindən alınıb, daha sonra isə işdən çıxarılıb. 1939-cu ildə vəfat edib.
1937-ci ilə aid bir arxiv sənədində Şeyx Məhəmməd haqqında belə yazılırdı: “Saqqal saxlayır. Respublika yazıçılarının yığıncağında öz qardaşını ifşa etməmişdir, əksinə qardaşını ‘bəxtsiz Cavid’ adlandırır.”
Şeyx Məhəmməd Rasizadə Ulu öndər Heydər Əliyevin müəllimi olub. Heydər Əliyevin xatirələrində bu sözlər yer alır:
“O, mən uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi.”
Onun şagirdləri sonradan Azərbaycan dövlətçiliyinin, elm və mədəniyyətinin görkəmli simalarına çevrildilər:
– Heydər Əliyev
– Həsən Əliyev
– Məmməd Cəfər Cəfərov
– Abbas Zamanov
– Yusif Məmmədəliyev
– Zəroş Həmzəyeva
Ruhuna və işıqlı xatirəsinə ehtiramla!
Məcid Rəşadətoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru