“Yuqurta müharibələri” adlı qədim kitabın ruscaya tərcüməsində də məqsədli şəkildə Azərbaycan adı çıxarılıb.

8-04-2026, 11:54           
“Yuqurta müharibələri” adlı qədim kitabın ruscaya tərcüməsində də məqsədli şəkildə Azərbaycan adı çıxarılıb.
“Azərbaycan adı yeni ad deyil, dünən ortaya çıxmayıb, bu ada qədim mənbələrdə çox yerdə rast gəlinir. Həm eramızdan əvvəlki dövrə, həm eramızın 8-9-cu əsrlərinə aid olan orijinal xəritələr var ki, orada Azərbaycan adı açıq-aşkar qeyd olunub. Bundan əlavə Azərbaycan adının coğrafiya kimi qeyd olunduğu yüzlərlə rəsmi tarixi sənədlər də var. Düzdür tam indiki şəkildə-Azərbaycan kimi qeyd olunmasa da Azerbi, Aserbi, Aserbaycan, Azerbeycan, Azərbican, Zürren kimi yüzlərlə qeydlər var. Məşhur bir əsər də var, İtaliyada eradan əvvəlki dövrə-Yuli Sezar dövründən də əvvəlki dövrə aid kitab-Yuqurta müharibələri kitabı. Kitabın rus, türk tərcümələrində Azərbaycan adı region olaraq çıxarılsa da orijinalında yazılıb ki, Herkules döyüşmək üçün Afrikaya gedəndə onun yanında Asər torpaqlarından döyüşçülər var idi”.
Zaur Aliyev , fəlsəfə doktoru.
"Eramızın 3-5-ci əsrlərinə aid edilən Pəhləvi yazılarında “Səmavənd dağı Adurbedaqandadır” cümləsində də ölkəmizin adı keçir.Üç min il yaşı olan gil yazılı Şəmsi Ədəd Abi adlı yazarın azman poemasında:
“Ve aşa Baki uça, kar hiss…”
misrasında Atəşpurların pilqrim mərkəzi sayılan və əbədi, daima mənalarını verən Bakının adı çəkilir".
Tariyel Azərtürk, türkoloq, tədqiqatçı.
Aərbayanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru