TÜRKLƏRİN CAHAN HAKİMİYYƏTİ MƏFKURƏSİ
13-04-2026, 10:14

AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Türklər öz din-lərinə, tək Tanrıya necə bağlı olmuş, necə inanmışlarsa, hakimiy- yətləri altında olan xalqlarla, onların mənsub olduqları dinlərlə də o dərəcədə haqq, ədalət və əxlaq duyğularına uyğun davranmışlar. Türk Cahan hakimiyyəti və dünya nizamı məfkurəsi də bu təməl üzərində qurulmuş və inkişaf etdirilmişdi.
Türklər tarixən milli və insani duyğuları ahəngli bir şəkildə birləşdirməklə Tanrının Cahan hakimiyyətini onlara əmanət etdiyinə inanmış və bu əmanətə sayğı göstərməklə təkcə bir xanədanın, bir sinif, bir zümrə və ya bir millətin, bir xalqın deyil, bütövlükdə hakim olduqları bütün xalq və dinlərin hamisi olduqlarına inanmış və buna əməl etmişlər.
Min illər boyu Yer kürəsinin böyük bir qismi Türkün nəfəsi ilə qızınıb. Türkün ədalətli, hökmü ayaq basdığı hər yerdə hakimi-mütləq olub. Türkün hökmü qarşısında hiylə, nifrət və xəyanət məğlub olub. Türk bəşəriyyətə yeni qan, yeni can bəxş edib. Türklə ailə qurmaqla müqəddəs qan sahibi olmaq hər bir xalqın arzusuna çevrilmişdi. Türklər dünyanın düzənini qəhrə-manlığı, şərəfi, ləyaqəti, əxlaqı ilə qaydaya salmış, min illərlə millət ola bilməyənləri millət halına gətirmişlər. Türklər dünyaya Macar, Rus, Ukrain, Bolqar, Alban, Urdu (Pakistan), Əfqan, Tacik və s. kimi yeni-yeni qarışıq millətlər bəxş etmişlər. Bu o vaxta qədər davam etmişdi ki, Türk Tanrıya bağlı olmuş, Türklə Tanrı arasına heç kim, hətta Şeytan belə girə bilməmişdi.
Nəhayət, Türklə Tanrı arasını açıb onu genişləndirən, Türkü Tanrıdan bir qədər uzaqlaşdıran ilk öncə Şeytan cildinə girmiş yabançı qadınlar, daha sonra isə düşmən missionerlər və içimizdəki düşmən “dəyirmanına su tökən Şeytanlar “olmuşdur. Bununla da Türk hakimiyyətləri tez-tez dəyişmiş, bir dövləti başqa bir Türk dövləti, bir imperatorluğu başqa bir imperatorluq əvəz etmişdi.Bu işdə Türk müqəddəsliyinə xələl gətirən “idrakı sönük başçıların” xəyanətləri də mühüm rol oynamışdı.
Türklər özünə hörməti heç vaxt özgə millətləri məhv etmək üzərində qurmağı nəinki etməmiş, heç düşünməmişdi də! Türklər güclü olduğu qədər də özgələri qoruyan olmuşlar. Ona görə də Türk İmperatorluqlarında digər İmpratorluqlardan fərqli olaraq XIX əsrə qədər millət, din və sinif mücadilələri olmamışdır. Türklər dünya tarixinə millət, xalq, din, məzhəb, dil, ədəbiyyat, adət-ənənə hürriyyətləri ilə bağlı ilk və ən gözəl örnəklər vermişlər. Türklərin Tanrının onlara bəxş etdiyi Cahan hakimiy- yəti məfkurəsinə inanmaları onları milli dövlət anlayışından uzun müddət uzaqlaşdırmışdır. Türklər dini, hüquqi və ədalət prinsip- lərinə tarix boyu bağlı qaldıqlarındandır ki, onlar son iki minillikdə 25 İmperatorluq qurmuş, Cahan hakimiyyəti və dünya nizamı uğrunda mübarizələrini ən yüksək zirvəyə qaldırmış, böyük Atatürkün dediyi kimi: “Yaxın və uzaq cağlar düşünülərsə Türkün yurd salmadığı bir qitə yoxdur. Bütün yer üzü, Asiya, Avropa, Afrika, Amerika Türk atalarına yurd olmuşdur. Türk ulusu Asiyanın qərbində və Avropanın şərqində olmaqla quru və dəniz yolları ilə ayrılmış və dünyada tanınmış böyük bir yurdda yaşayır. Bu ərazinin adına “Türk eli” deyirlər. Türk yurdu daha böyükdür. Bu gerçəkləri yeni tarix araşdırmaları təsdiqləməkdədir”.
Halbuki, bu iki min illik tarixdə dünyanın sayılan xalqlarının hamısı birlikdə cəmi 8 imperatorluq qurmuşlar.
Türklərin bu ədalətli və insani dünya nizamı məfkurəsi və tətbiqi sayəsindədir ki, digər İmperatorluqlar da basqı və zülm görən bir çox digər dinə və məzhəbə mənsub xalqlar Türklərə sığınmışlar. Orta əsrlərə aid bir xristian xronikasında göstərilir ki: “Rumların (Bizanslılar nəzərdə tutulur-A.M.) zülmündən qaçan üç min xristian müsəlman oldu. Ah mərhəmət, sən xəyanətdən də daha zalımsan! Çünki Türklər xristianlara şəfqət və yardım göstərərək dinlərini satın alırlar. Bununla bərabər xristianları Türklər əsla din dəyişdirməyə zorlamırlar” (Bir xristian xronikasından).
Bir xristian müəllifi olan Urfalı Mathieu yazır: “İnsanların ən ədalətlisi, ən ağıllı və qüdrətlisi olan Məlikşah (Səlcuqlu sulta- nı Məlikşah nəzərdə tutulur-A.Q.) bütün insanlara və o cümlədən də xristianlara qarşı bir ata kimidir. Bütün rum və ermənilər öz arzuları ilə onun hakimiyyəti altına girdilər” (Urfalı Mathieu).
Türklər İslamı qəbul etdikdən sonra İslam dünyasında hökm sürən şiddətli məzhəb çatışmalarına da son vermişlər. Digər İmperiyalarda yabançı irq və din mənsublarına qarşı yapılmış vəhşətlər yerinə Türk İmperatorluqları əksinə olaraq ədalət, şəfqət, yabançı qovm və dinlərə hürriyyət örnəkləri ilə doludur. Orta əsr xristian tarixçisi Siryani Mixael yazır: “Türklər intriqaçı və Rafizi Rumlar kimi kimsənin dininə və inancına qarışmır, heç bir basqı və zülm düşünmürlər” (Mixael Siryani).
Bir xristian din xadimi olan Hizkiyal Reyğəmbər yazır: “ Allah Rumların (Bizanslılar nəzərdə tutulur-A.Q.) pisliklərinə və zülmlərinə qəzəbləndiyi üçün Türkləri bu ərazilərə (Anadolu nəzərdə tutulur-A.M.) hakim etdi”(Hizkıyal Peyğəmbər).
XVIII əsr fransız tarixçisi M. Baudier yazır: “Türklər mərhəmət, şəfqət və insanlara yardım etməkdə bütün millətlərdən üstündürlər” (Baudier M., Histoire de la religion des Turcs, Paris 1625).
Türklərin tarixən yabançı qövm və dinlərə hörmətlə yanaşması mövzusu yalnız Türk tarixi üçün deyil, dünya tarixi baxımından da əhəmiyyətli olduğundan onların üzə çıxarılması vacibdir. Əks təqdirdə tarixin bu mühüm amilləri də tarixə gömülmüş olaraq qalacaq.
Əgər Türklərin Cahan hakimiyyəti ədalətə, hakimiyyətləri altında olan xalqların arzu və istəklərinə, insanlıq duyğularına əsaslanmasay -dı, Türk qüdrətinin tarix boyu yaşaması da mümkün olmazdı.
Türklərin Asiya qitəsinin böyük bir hissəsində fasilələrlə də olsa 20 min il, Hindistanda, Yaxın Şərqdə min il, Afrika qitəsi- nin şimalında dörd yüz il, Şərqi Avropada üç yüz il hökmranlıq etməsi məhz onların digərlərindən fərqli olaraq hakimiyyətləri altında olan xalqlara tarixdə İmperatorluq yaradan Perslər, Romalılar, Ərəblər, Çinlilər, Ruslar və İngilislər kimi ikinci, üçüncü dərəcəli xalq və əsir kimi yanaşmamalarının, onları istis- mar etməmələrinin nəticəsidir.
Türk təfəkkürü tarixən “Dünya nizamı, din və dövlət, vətən və millət kimi müqəddəs ideallara əsaslandığından bu məfkurələrin zühurunda maddi və mənəvi qüdrətin bir-biri ilə çulğalaşması önəmli rol oynamışdır.
İctimai şərtlər, hərbi qüdrət, özünə inamla yanaşı, Türk bəyləri ilə birlikdə Türk xanımlarının da siyasi və hüquqi mövqeləri Türk dövlətçilik tarixində mühüm bir amil kimi özünü göstərmişdir. XI əsr Səlcuqlu Sultanları Alp Arslan və Məlikşahın vəziri olmuş məşhur “Siyasətnamə” əsəri- nin müəllifi göstərir ki: “Əcəm hökmdarları dövründə qadınların siyasi bir təsiri olmamışdır. Türküstan xaqanları və Türkmən padişahları (Səlcuqlu sultanları nəzərdə tutulur-A.Q.) dövlət işlərində qadınların fikirlərini üstün tuturlar” (Nizam ül-Mülk, Siyasətnamə).
Türk İmpratorluqları siyasi istiqrarı, ictimai ədaləti, bünövrəsinin sağlamlığı, xalqlar və dinlər arasında yaratdığı ahəngi, dünya nizamı düşüncəsi, çox yüksək idarəçilik bacarığı, qüdrətli ordusu, dövrünə görə yüksək hərbi texnikası, geniş hüquqi fəaliy- yətləri, ədəbiyyat, sənət və memarlıqda vücuda gətirdikləri ehti- şamlı əsərləri və cahanşümul mədəniyyətləri və ən başlıcası, Türklərin “Allahın ordusu” inancına inanmaları ilə tarixdə müs-təsna mövqe qazanmışlar.
Tarixi Türk İmperatorluqları digər xalqların yaratdığı impratorluqlardan mədəniyyət baxımından da əsaslı şəkildə fərqlənir. Belə ki, tarixdə bəlli böyük İmperatorluqlardan sayılan Əhəmənilər (e.ə.522-330-cu illər), Makedoniyalılar, Roma, Bizans, Sasani İmperatorluqları, Ərəb Xilafəti, Rusiya, Böyük Britaniya İmperatorluqlarından fərqli olaraq Türklərin yaratdıq- ları istər “Tufan”dan əvvəl Birinci Böyük Turan, istər “Tufan”dan sonra İkinci Böyük Turan, Sak (Skif), Midiya və Böyük Hun, istərsə də bizim erada Qərbi Hun, Ağ Hun, Avar, Böyük Göy Türk, İkinci Göy Türk, Xəzər, Qəznəli, Səlcuqlu, Xarəzmşah, Böyük Türk-Moğol, Qızıl Orda, Elxanlı, Teymurlu, Osmanlı, Babur, Səfəvi və Əfsar kimi böyük Türk İmperatorluqları genişlədikcə və yüzlərlə xalq və etnik qrupları öz siyasi hakimiyyəti altına aldıqca öz yaşam həyatı və milli mədəniyyətinə zərərli olan, lakin ayrı-ayrı mədəniyyətləri bir-birinə calayaraq universal bir bəşəri mədəniyyət yaratmışlar. Bunun başlıca səbəblərindən biri Türklərin daima məğlublara qarşı şəfqətli davranmaları, özlərini Tanrı tərəfindən təyin edilmiş xalqlararası bir sülh təmsilçisi saymaları olmuşdur.
Bunu Türk hökmdarlarının dilindən deyilmiş və tarixi mənbələrdə öz əksini tapmış fikirlər də sübut edir. Belə ki :
Sultan Səncərin: “Allah bu dünyanı bizə əmanət etmişdir. Bütün əmirlər və hökmdarlar bizim məmurlarımızdır”;
Sultan Səlim Yavuzun: “Biz Allah tərəfindən əmr olmadıqca bir səfərə getmərik”;
Alp Arslanın: “Biz təmiz müsəlmanlarıq, bidət nədir bilmərik. Bu səbəblədir ki, Allah həqiqi Türkləri əziz etdi”;
Sultan Mahmudun: “Təbəələrimdən müsəlmanları ancaq camidə, xristianları kilsədə, musəviləri hav-rada tanımaq istərəm”;
Məlikşahın: “Biz” Nizamiyyə mədrəsəsi”ni bir məzhəbi qorumaq üçün deyil, elmi yüksəltmək məqsədi ilə yaratdıq. Məzhəblər arası bir təfriqə istəmiyoruz” ;
Sultan Mehmet Fatehin: “Dünyada tək bir din, tək bir dövlət, tək bir hökmdar olmalı, İstanbul da Cahanın paytaxtı olmalıdır”;
Oğuz Xaqanın: “Ey oğullarım! Çox savaşdım, çox yaşlandım. Göy Tanrıya borcumu ödədim” ;
İstəmi Xaqanın: “Atalarımızdan eşitdik ki, Qərb İmperatorlu-ğundan (Roma İmperatorluğu nəzərdə tutulur-A.M.) elçilər gəldiyi zaman bu bizim üçün artıq Yer üzünü fəth edəcəyimizə dəlalət edər”- kimi fikirlərlə TÜRKLƏR Uzaq və Yaxın Şərq ölkələri, Asiya və Avropa qitələri arasında ticarət, din və mədəniyyət əlaqələri yaradaraq dünya mədəniyyəti tarixinə əvəzsiz xidmət göstərmişlər.
Türklər fəth etdikləri ölkələrin xalqlarının yaratdıqları milli mədəniyyətlərindən ən yaxşılarını əxz edərək bir-biri ilə çulğalaşdırmış, bəşəri bir mədəniyyət yaratmışlar.
Tanrı yaratdığı hər bir insan kimi formalaşmış hər bir xalqın da istək və arzularını yerinə yetirmiş, bununla da onların bəşər cəmiyyətindəki tarixi yerini müəyyənləşdirmişdir.
Tanrı bu müəyyənləşdirmədə birinci yeri də məhz Türklərə bəxş etmişdir.
Türklər tək millətdir ki, Yer kürəsindəki bütün xalqların tarixinə öz möhürünü vurmuşdur.
Tanrı Türkü qorusun

