İnsan doğula bilərsən, insan qalmaq isə hər adama nəsib deyil
Bu gün, 16:14

Nyu-York klublarından birində, “Tanrının qızı” filminin çəkilişlərinin sonuna həsr olunan tədbir keçirilmiş. Kanada əsilli amerikalı aktyor, kinorejissor, kino prodüseri və musiqiçi Kianu Rivz tədbirin ilk 20 dəqiqəsinə gecikir.
Səbəbi isə: Kianu yağışda səbirlə gözləyirmiş ki, kimsə onu içəri buraxsın. Heç kim onu tanımayıb. Klub sahibi isə deyib ki, "Mən Keanunun yağışın altında dayanıb, içəri buraxılmasını gözlədiyini bilmirdim - heç kimə deməyibdi".
- O, həmişə ictimai nəqliyyatdan istifadə edir.
- “O, küçədə evsiz insanlarla asanlıqla ünsiyyət qurur, onlara kömək edir.
- Onun cəmi 59 yaşı var.
- O, parkda adi insanların arasında oturaraq, sadəcə hot-doq yeyə bilir."
— “Matrixlər” filminin çəkilişindən sonra o, bütün kaskadyorlara bacarıqlarının tanınması əlaməti olaraq, onlara yeni motosiklet hədiyyə edib.
— O, 80 milyon dollardan imtina edib. Səbəbi: - "Matrix" filmində xüsusi effektlər çəkən kostyum dizaynerləri və kompüter mühəndislərinin filmin büdcəsindən, payları az qiymətləndirildiyi üçün, onlara bağışlayıb.
— “Şeytanın vəkili” filmində qonorarını kəsib ki, Al Paçinonu dəvət etməyə kifayət qədər pul olsun.
“Onun ən yaxşı dostu ilə eyni vaxta sevdiyi rəfiqəsi də ölüb. Rəfiqəsi əvvəlcə uşağını itirib və yaxın vaxtda isə, özü avtomobil qəzasında ölüb. Bacısı isə, leykoz xəstəliyinə tutulub... Ağır da olsa, Keanu özünü ələ alıb.
O, bacısını müalicə edən klinikaya 5 milyon dollar bağışlayıb. Onunla birlikdə olmaq üçün, çəkilişdən imtina edib. Leykemiya Fondunu yaradıb. Hər bir filmindən aldığı qonorardan əhəmiyyətli miqdarda fonda pul bağışlayıb.
İnsan olaraq doğulmaq olar, amma insan qalmaq, hamıya nəsib ola bilməz.
Esmira ŞÜKÜROVA

