Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır – VİDEO

Bu gün, 16:44           
Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu:
Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan hissədə yaranan çuxurlar sürücüləri ciddi narahat edir.

Vətəndaşların sözlərinə görə, problem qısa zamanda həll olunmasa, zərərçəkənlərin sayı daha da arta bilər.

Binəqədi-Balaxanı yolunda hər gün yüzlərlə sürücü yolun bərbad vəziyyətindən əziyyət çəkir. Yolda yaranan çuxurlar avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur. Sürücülər deyirlər ki, bununla yanaşı, xüsusilə, axşam saatlarında yolun yararsız vəziyyətdə olması uzun tıxaclara gətirib çıxarır.

Onların sözlərinə görə, bir çox avtomobilin alt hissəsi zədələnib, təkərləri və digər detalları sıradan çıxıb. Bəzi sürücülər isə avtomobillərinin təmiri üçün əlavə xərc çəkməli olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yollarda yaranan bu cür problemlər mərhələli şəkildə aradan qaldırılır.

Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir. Əlavə olunub ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən gecə saatlarında, həmçinin həftəsonu və bayram günlərində icra olunur.

Qurum rəsmisi Anar Nəcəfli bildirib ki, yaxın günlərdə həmin əraziyə yeni asfalt örtüyü çəkiləcək./ATV/














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru