Mirzə Fətəli Axundov hirslənərək Zərdabiyə deyir: “Elm öyrən, elm öyrən deyirsiz, amma necə, hardan, hansı maliyyə ilə? Bəsdi, əbəs yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan". Həsən bəy Zərdabi Axundova deyir: “Bizə göydən kömək gəlməyəcək. Mənim dostum, halva-halva deməklə ağız şirin olmaz, siz də mənim kimi qolunuzu çırmalayıb meydana daxil olun. Yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz”.