İlk Xilafət Hücumları və Qətliamlar

5-05-2026, 12:54           
İlk Xilafət Hücumları və Qətliamlar
Tarixi Siyahi.
1. Ridda (Mürtədlik) Müharibələri (632–633)
Səbəb: Məhəmmədin vəfatından sonra vergi vermək istəməyən və dindən çıxan ərəb tayfalarını zorla itaətə məcbur etmək idi.
Nəticə: Xəlifə Əbu Bəkrin əmri ilə Xalid ibn Vəlid tərəfindən on minlərlə ərəb öldürüldü.
Yəmamə döyüşü bu dövrün ən qanlı hadisələrindən biri hesab olunur.
2. Bizans–Suriya Yürüşləri (634–638)
Səbəb: Zəngin Şam və Suriya torpaqlarını ələ keçirmək.
Nəticə: Yərmuq döyüşü ilə bölgə işğal edildi.
Yerli xristian əhali ağır cizyə vergilərinə məcbur edildi, itaət etməyən şəhərlər yağmalandı. Kisilər öldürüldü, qadinlarina, qizlarina əl koyuldu, əsir qadinlar islam qaydalariyla cariyə (qul) edildi.
3. Sasanilər (İran və Azərbaycan) İşğalı (633–651)
Səbəb: Böyük Sasani imperiyasını süquta uğratmaq və qənimət toplamaq.
Nəticə: Qadsiyyə və Nəhavənd döyüşləri ilə min illik fars-zərdüşt sivilizasiyası dağıldı.
Şəhərlər yandırıldı, qadınlar cariyə kimi bazarlarda satıldı.
Azərbaycanın istilası zamanı Ərdəbil və Beyləqan kimi şəhərlərdə ağır müqavilələr bağlandı.
4. Misirin İşğalı (639–642)
Səbəb: Misirin taxıl ehtiyatlarını və ticarət yollarını ələ keçirmək.
Nəticə: Amr ibn Asın ordusu İsgəndəriyyəni tutdu.
İsgəndəriyyə Kitabxanası ilə bağlı yandırılma rəvayətləri də bu dövrə aid edilir.
5. Şimali Afrika və Bərbər Qətliamları (647–709)
Səbəb: Qərbə doğru genişlənmək və qul ticarətini artırmaq.
Nəticə: Bərbər xalqı uzun illər müqavimət göstərdi.
Bəzi tarixi qaynaqlarda minlərlə bərbər qızının halifələrə “hədiyyə” (cariyə) kimi göndərildiyi qeyd olunur.
6. Mavəraünnəhr (Mərkəzi Asiya) və Kuteybə ibn Müslimin Yürüşləri (705–715)
Səbəb: Türk torpaqlarını, strateji şəhərləri və İpək Yolunu ələ keçirmək.
Nəticə: Buxara, Səmərqənd, Xarəzm və ətraf bölgələrdə böyük hərbi əməliyyatlar aparıldı.
Güclü müqavimət göstərən şəhərlərdə ağır cəzalandırmalar tətbiq olundu.
Talkan və Curcan Qətliamları
Talkan Hadisəsi 709-710 illər.
Talkan Orta Asiyanın mühüm türk məskənlərindən biri idi.
Şəhər ərəb ordularına qarşı müqavimət göstərdiyi üçün uzun mühasirəyə alındı.
Şəhər ələ keçirildikdən sonra çox sayda insan öldürüldü.
Müqavimətin liderləri xalqı qorxutmaq üçün açıq şəkildə nümayiş etdirildi.
Rəvayətlərdə cəsədlərin günlərlə küçələrdə saxlandığı bildirilir.
Bu hadisə yalnız hərbi zəfər deyil, digər türk boylarına gözdağı vermək məqsədi daşıyan psixoloji təzyiq nümunəsi kimi göstərilir.
Curcan Hadisəsi 716-717 illər.
Curcan strateji baxımdan mühüm bir mərkəz idi.
Bölgə xalqı ərəb irəliləyişinə qarşı sərt müqavimət göstərdi.
Şəhər alındıqdan sonra kütləvi edamlar həyata keçirildi.
Nüfuzlu ailələrin mallarına əl qoyuldu.
Əsir alınan insanlar başqa bölgələrə göndərildi.
Tarixi anlatımlarda minlərlə insanın öldürüldüyü və şəhərin uzun müddət toparlana bilmədiyi vurğulanır.
Babək Üsyanının Qanla Yatırılması (816–838)
Səbəb: Babək Xürrəmi və tərəfdarları, Abbasi xilafətinin ağır vergilərinə, siyasi zülmünə və dini təzyiqlərinə qarşı ayağa qalxdılar. Məqsəd yerli azadlığı və qədim inanc-siyasi ənənələri qorumaq idi.
Nəticə: Təxminən 20 ildən çox davam edən mübarizədən sonra Babəkin qalası mühasirəyə alındı. Xəyanət nəticəsində Babək tutuldu və Samirraya aparıldı.
Abbasi xilafəti üsyanı amansızlıqla yatırdı. Minlərlə Xürrəmi qılıncdan keçirildi, kəndlər dağıdıldı, ailələr sürgün edildi.
Babək isə xalqa qorxu yaymaq məqsədilə ağır işgəncələrlə edam edildi. Əlləri və ayaqları kəsildi, sonra başı vuruldu.
Tarixdə bu hadisə yalnız bir üsyanın sonu deyil, həm də azadlıq uğrunda mübarizə aparan yerli qüvvələrin qanla susdurulmasının simvollarından biri kimi xatırlanır.
Ümumi Nəticələr:
Qənimət İqtisadiyyatı:
Bir çox yürüş dini yaymaq adı altında təqdim olunsa da, əsas məqsədlərdən biri qənimət, vergi və siyasi nüfuz idi. Din isə tam bir köləlik zincirini bağlayan qifil idi.
Cariyəlik və Qul Ticarəti:
İşğal edilən torpaqlardan çox sayda insan əsir alındı.
Qadınlar cariyə, kişilər kölə kimi müxtəlif mərkəzlərə göndərildi.
Mədəni Dəyişiklik:
Yerli inanclar zəiflədildi, bəzi məbədlər bağlandı və ya dəyişdirildi.
Türk Dünyasına Təsiri:
Bu yürüşlər türk xalqlarının siyasi və mədəni tarixində böyük dönüş nöqtələri yaratdı.
✍️Araşdırdı, yazdı: Maarif Bayramoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru