1.Karl MARKS (“DAHİLƏR”silsiləsindən)

7-05-2026, 00:09           
1.Karl MARKS (“DAHİLƏR”silsiləsindən)
Mənə elə gəlir ki, Allah Karl Marksı Peyğəmbər yaratmaq istəyib, istedaddan, işıqdan, yaraşıqdan “yox” deyincə verib. Amma sonda fikrini dəyişib, dahini peyğəmbər yox, peyğəmbəri dahi göndərib. Bəlkə dahinin ehtiraslarını cilovlamaq, “Missiya” kimi dar bir çərçivəyə salmaq istəməyib, bəlkə onun Allaha üsyanından ehtiyat edib?! Axı, Allahın planları başqa, Marksın planları başqa idi...
Fridriх Engels dostu Karl Marks haqqında deyir: “Marks dahi idi, onun beyni insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan gəmiyə bənzəyirdi. O, böyük filosof olduğu kimi, böyük şair вə rəssam, alim вə mühəndis də ola bilərdi. Onun talantı hərtərəfli və hüdudsuz idi, onun başı yeni ideyalarla və ixtiralarla dolu idi”. Düşünürəm ki, Marks yalnız dahi deyildi, sözün əsil mənasında, dahilik etalonu idi. Yəni, Marks kimi insanlara, universal talantı olanlara dahi deyilir, ya da deyilməlidir. Bəli, Çingiz Хan dünyanı güclə, Napoleon siyasətlə dəyişdirdiyi kimi, Marks da yeni dünya görüşü ilə dəyişdirib…
Karl Marksın bütün həyatı boyu rəsmən işlədiyi yeganə sahə jurnalistika olub. 1842-ci ildə həvəskar filosof və peşəkar iş adamı Mozes Hess onu özünün «Reyn qəzeti»nə baş redaktor dəvət edib. Amma Karlın redaktorluğu ilə qəzet cəmi 6 nömrə nəşr olunub. Fəlsəfi-siyasi mövzuda yazdığı 6 məqalə ilə o, bütün Avropanı silkələyir. Onu Volter və Russonun davamçısı adlandırırlar. Pruss hakimiyyəti açıq şəkildə senzuraya və iqtidara qarşı üsyan edən qəzeti bağlamağa qərar verir və Marks iş və maaş yerini itirir. Həyatı boyu Allaha və bütün dünyaya qarşı üsyan edir, fəlsəfi, siyasi və iqtisadi araşdırmalarla məşğul olur, Allahsız bir dünya görüşü yaradır. Və sonda deyir ki, mənim yazdığım kitablar çəkdiyim tütünün də pulunu ödəmədi...
Allahsız son isə dəhşətli olur... 1867-ci ilin qışında Lоndоn pоlisi əntiq mallar dükanında bahalı gümüş qablar dəsti satmaq istəyən paltоsuz, əyin-başı tökülən, uzun saç-saqqalından səfili xatırladan bir şəxsi həbs еdir. Həmin şəxs özünü alman aristоkratı Karl Marks kimi təqdim еdir вə satdığı gümüş qabların həyat yoldaşının cеhizi оlduğunu bildirir. Amma Lоndоn pоlisi оna inanmır və alman еmiqrantı Marks satdığı gümüş qabları оğurlamaqda şübhəli bilinərək həbs edilir... Soyuq evdə xəstə yatan qızı və beşikdə ölən uşağı isə, onu yolunu gözləyir... Həyat yoldaşı yalnız 3 gündən sonra onu türmədən xilas edə bilir. Yaxın dostu Fridrix Engels materikdən Londona gəlir və Marksın cərimələrini ödəyir... Amma həyatını xilas edə bilmir...
P.S. Karl Marks həm də məşhur aforizmlərin müəllifidir...
1.Bütün iqtisadiyyatların başında vaxt iqtisadiyyatı durur.
2.Təklif vermədən tənqid etmək ən böyük əclaflıqdır.
3.Tənqid edə bilmədiyin adamı tərif etmək simasızlıqdır...
Qalib ARİF
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru