"Sən Tanrının arvadısan?"

Bu gün, 11:44           
"Sən Tanrının arvadısan?"
Təxminən on yaşlı bir oğlan, soyuqdan titrəyərək, ayaqqabı mağazasının vitrininin qarşısında ayaqyalın dayanıb isti ayaqqabılara baxırdı. Bir qadın ona yaxınlaşıb soruşdu:
"Balaca dostum, o şüşənin arxasında nəyə bu qədər maraqla baxırsan? Nə düşünürsən?"
"Tanrıdan mənə bir cüt ayaqqabı verməsini istəyirəm", oğlan cavab verdi.
Qadın uşağın əlindən tutub onunla birlikdə mağazaya girdi. Satıcıdan altı cüt uşaq corabı istədi və bir ləyən isti su və bir dəsmal gətirə biləcəyini soruşdu. Satıcı qadının istədiyi hər şeyi gətirdi. Oğlanı mağazanın arxasına apardı, əlcəklərini çıxardı, uşağın ayaqlarını yudu və dəsmal ilə quruladı. Satıcı corabları gətirdi. Qadın bir cüt corabı uşağın ayaqlarına geyindirdi, sonra ona ayaqqabı aldı. Qalan corabları bükməsini xahiş etdi və oğlana verdi. Sonra başını sığalladı və dedi:
"İndi, şübhəsiz ki, özünü daha yaxşı hiss edirsən".
Getmək üçün döndü. Elə bu anda oğlan onun əlinə tutdu və gözlərində yaşla ona baxaraq soruşdu:
"Sən Tanrının arvadısan?"
Sergey Tkaçenko
Rəssam - İqor Melnikov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru