Yaponiyada oxatma üzrə ən sərrast bir atıcı kəndlərin birindən keçəndə görür ki, kimsə 100 ox atıb və hamısı da hədəfə dəyib. O, özünün ən yaxşı atıcı olmadığını düşünür.. Samuray kodeksinə görə xarakiri üsulu ilə özünü öldürmək istəyəndə, yerli camaaat onu saxlayıb, "bu oxların heç birisi hədəfə dəyməyib, onları kəndin dəlisi atır, sonra da hara dəysə gedib oxun ətrafında hədəf çəkir" deyirlər.. Yəni, nəyə gətirdim sözü?.. Hər gördüyünüzə inanmayın.Çox "Hədəfə çatdım"-deyənlər var ki, onların hədəf planını heç kəs görməyib, onlar üçün əldə olunmuş hər nəticə "mən elə belə də planlaşdırmışdım" kəlməsiylə bitir... Xoş niyyətlə, sevgi ilə atılan "ox" larınız hədəfinə tuş gəlsin. Elshad Mirzezade TEREF