KIRIM VƏ KIRIM TÜRKLƏRİ KIRIM XANLIĞI DÖVRÜNDƏ II YAZI- A

29-05-2026, 11:14           
KIRIM VƏ KIRIM TÜRKLƏRİ KIRIM XANLIĞI DÖVRÜNDƏ  II YAZI- A
XIII-XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq çöllərinə (Dəş- ti-Qıpçağa-A.Q.) doğru irəliləyən Tatarlar köçəri yaşayışlarını tərk edərək Kırım Yarmadasına yerləşmişdilər.
Giray sülaləsi, Çingiz Xanın oğullarından Cuci Xanın kiçik oğlu Togay Teymur oğulları ilə bağlıdır.Togay Teymurun oğullarının Kırım- la əlaqəsi Örəng Teymurun Qızıl Orda hökmdarı Mengü Teymurdan (1266-1280) Kırım və Kəfəni yurd olarak alması ilə başlamışdır. 1359-cu ildə Qızıl Ordada Xanlıq üçün başlayan mücadələlərə qatılan Togay Teymurun oğulları Künçek-oğlandan sonra üç qola ayrılmışdı ki, bun- lardan Taş Teymur oğulları Kırımda davamlı bir Xanlıq qurmağa nail olmuşdular. Bu Xanlıq, Qızıl Ordanın mərkəzi Uluğ Yurdda yönətimi əllərində bulunduran Xanlardan bağımsız idilər. Deməli, “Giraylar” Taş Teymur oğullarının soyundan gəlməkdədirlər. 1394-1395-ci illərdə bir tərəfində Qızıl Orda Xanı Toxtamış Xanın, digər tərəfində də öz adı bulunan paralar basdırmış, Edigə Mirzəyə qarşı mücadilə etmiş və son- ra da Əmir Teymura sığınmışdı (1404). 1419-cu ildə Edigə Mirzənin ölümü üzərinə Taş Teymurun oğlu Qıyasəddin Kırımın kontrolunu ələ keçirə bilməyincə Litva Dukası Vitold’un yanına getmişdi. Digər tərəfdən də qardaşı Dövlət Berdinin Kırımda yönətimi ələ keçirdiyi və 1427-ci ildə Misir Sultanı Baybarsa bir elçi göndərmiş, bundan sonra xanədanın cəhdləri Kırım Yarımadasının kontroluna yönəlmiş və fürsət düşdüyündə Sarayın və bütün Qızıl Orda Xanlığının ələ keçirilməsinə çalışılmışdı (Seçmələr bizimdir-A.Q. Bax: https://www.turkishnews. com/tr/content/2022/05/06/giray/ ).
Kırımın yerli rəvayətlərinə görə, Qiyasəddin, Qızıl Orda ənənələ-rinə uyğun olaraq Kiray qəbiləsinə bağlı atalığı tərəfindən böyüdülmüş və ona hörmət əlaməti olaraq ilk oğluna “Hacı Kiray” (Giray) adını vermişdir. Kırım Xanlarına verilən Kiray (Giray) ləqəbi bu qəbilədən gəlməkdədir ( Bax: Seyyid Mehmed Rızâ, es-Seb‘u’s-seyyâr fî ahbâri mülûki Tatar (nəşr edən : Mirzə Kazım Bəy), Kazan 1248/1832,səh. 72; https://www.turkishnews.com/tr/content/2022/05/06/giray/
“Kerey, kirey, kiray ve giray” kəlimələrinə qəbilə və boy adı olaraq Qazax, Türkmən, Başqurd Türklərində də rastlanmaqdadır. Çingiz Xan güclü Kerəit başçısı Onq Xanı məğlub edərkən Kerəitlərin bəziləri qər- bə qaçmış, geridə qalanlar da Moğol qəbilələri arasına dağılmış, belə-liklə, həm Moğollardan qaçaraq, həm də Moğollar arasında qalaraq Kırıma qədər uzanan geniş bir bölgəyə yayılmışdılar. Son zamanlara qədər Uvaq-Kirəyin “Daraqlı” qolu İrtış ovası, Sarısu ve Çu Qazaqları arasında köçəri halda yaşamaqdaydı. Kırım Xanlarının damğasına “Daraq damğa” deyilməkdədir ki, bu damğa Qızıl Orda Xanlarının damğasına bənzəyir. “Daraq damğa” Məngli Girayın paralarında və 1475-ci il tarixli bir yazısında da görülür. Uluğ Məhəmmədin 1428-ci il tarixli bir yarlığında da eyni damğaya rastlanır (Seçmələr bizimdir-A.Q. Bax: O. J. Howorth, History of the Mongols, London 1876, II, 6, 11, 448-626; https://www.turkishnews.com/tr/content/2022/05/06/ giray/ )
“Kerəy” Qızıl Orda Xanlığının dayandığı 4 böyük qəbilədən biri olmuşdu. Don çayının şərqində və Şimali Qafqazda yaşayan Kerəylər Hacı Girayı dəstəkləmişdilər. “Giray” ləqəbini ilk dəfə Hacı Giray işlətmiş, daha sonra oğullarından yalnız Məngli bu ləqəbi almışdır. Bundan sonra bütün Kırım Xanları Məngli Giray soyundan gəldiği üçün onların hamısı “Giray” ləqəbini qəbul etmiş və bu ləqəb Xan soyuna mənsub bütün prenslər tərəfindən mənimsənilmişdir. “Giray” ləqəbinin Xan ailəsindən qız alıb-verən Şirin bəylərinin bəziləri də bu ləqəbi işlətmişdilər ( Bax: https://www.turkishnews. com/tr/ content/ 2022/05/ 06/giray/
Sultan Süleyman Qanuni dövründə Səadət Giraydan etibarən Xanın qardaşlarından birinin girov olaraq İstanbula göndərilməsi adət halına gəlmişdi. Bu qayda Xanların itaət və bağlılığını qorumaq üçün alınmış bir tədbir idi. Bu girovlardan II İslam Giray və I Bahadır Giray Kırıma Xan olaraq göndərilmişdı. Seçilən Xan Sultanın hüzuruna çıxa-rılar və onun əlindən “Xanlıq Fərmanı”nı aldıqdan sonra ona “Xanlıq etiketləri”-sancaq, qılınc, mücəvhər surquçlu qalpaq və samur dərisin- dən kürk verilir və mərasimlə Kırıma göndərilirdi. (Silâhdar, II, 131, 683). Səfərə çağrılarkən Xana bir qapıçı başının götürdüyü “xətt-i hümayun” ilə birlikdə “çizmə-baha” adı altında 40.000 altın göndərilir, Xan bu paranı Qapı Quluna və mirzələrinə dağıdırdı. Səfərdə “təşrif-i kudum” və digər adlarla Xana və əskərlərinə başqa paralar da verilərdi. Kırım Xanlarının hərbi yardım qarşılığında bəzi siyasi istəklərdə bulun- duqları da olardı. Xanların vəzifədən çıxarılması, həbs və sürgün cəza-larından başqa nadir hallarda edam cəzasına da çarpdırıldıqları görül- məkdədir. Belə ki, IV Murad, İnayət Giray Xanı 1637-ci ildə edam etdirmişdi. Xan təyin ediləcəyi zaman Bab-i Ali əsasən Kırım qəbilə aristokratiyası rəisi Şirin Bəylə anlaşırdı. Xan taxta keçincə girov saxlanılan və ailənin təhlükədə olan digər üzvləri Rumelidə İslimyə, Yanbolu, Təkirdağ və Çatalca kimi yerlərdəki malikanələrdə yerləşdiri- lir və hər şeylə təmin edilirdilər (Seçmələr bizimdir-A.Q. Bax: https:// www.turkishnews. com/tr/ content/ 2022/05/ 06/giray/
Girayların Çoban Giraylar qolu XVI əsrin sonlarında ortaya çıxmışdı. Fəth Giray, II Qazi Giray’ın 1-ci vəliəhdi (kalgayı) ikən bir hücum əsnasında əsir aldığı Polyak bayarlarından birinin qızını fidyə qarşılığı məmləkətinə geri göndərmiş, lakin bu qız qərarlaşdırılan para- nın bir qismi göndərilmədiyindən tabeliyindəki qapı ağalarından Hacı Əhməd ilə Boğdanda Yaş şəhərində bir müddət qaldıqdan sonra yolda bir çocuq dünyaya gətirmişdi. Fəth Giray bu çocuğun özündən olmadı- ğı düşüncəsiylə öldürülməsinə qərar vermiş, lakin Hacı Əhməd onu Boğdanda gizlətmişdi. Burada çobanlıq yapan çocuq Fəth Girayın 1596-cı ildə qətl edilməsi üzərinə Akməscidə dönmüşdü. III Mehmed Giray ve Şahin Giray Kırıma gəlincə bütün Giraylar qətliama uğramaq- dan qorxduqları üçün İstanbula qaçmışdılar. O zaman 2-ci vəliəhdlik (nurəddinlik) üçün kimsə bulunmadığından Fəth Girayın oğlu olduğu iddia edilən bu çobana “Dövlət Giray” adı verilərək 2-ci vəliəhd (nurəddin) təyin edilmişdi. Onun iki oğlu da Fəth Giray və Âdil Giray adlarını almış, beləliklə də Giraylar ailəsi içində “Çoban Giraylar” ortaya çıxmışdı. Çoban Giraylardan Xan olan yalnız Adil Giraydır (1665-1670). Əsil Giraylar bunları kəsinliklə öz soylarından saymamış və önəmli bir görəvə gəlmələrini əngəlləmişdilər (Seçmələr bizimdir-A.Q. Bax:https://www. Turk ishnews. com/tr/ content/ 2022/05/ 06/giray/
Hacı Giray atasının Kırımdakı hakimiyyət mübarizəsi nəticəsin- də məğlub olaraq Litvaya köçərək Litva Kralı Vitolda sığındığı dövrdə anadan olmuş, böyüdükdən sonra da Litva Qrandüklüyü və “Şirin” qabiləsinin yardımı ilə Qızıl Orda dövlətindən bağımsız bir Kırım Xanlığını qurmuşdu. Onun 1441-ci ildə öz adına para basdırdığından bu tarix Kırım Xanlığının quruluş tarixi kimi qəbul edilmlşdir.
Beləliklə, iç qovğalar səbəbindən parçalanmağa başlayan Qızıl Orda impеratorluğu içində ilk müstəqil siyasi varlığa namizəd Kırım xanlığı oldu. Çingiz xan soyundan olan prеnslər Kırıma dayanaraq öz xanıqlarını еlan еdir və tədricən Volqa boyundakı mərkəzi ələ kеçirmə- yə çalışırdılar. Cucinin kiçik oğlu Tokay Tеymur soyundan olan Baş Tеymur Kırımda öz adına sikkə buraxdıraraq hakimiyyət iddiasında bulunmuş, oğulları rəqiblərinə qalib gələrək Kırımda bir xanlıq qurma- ğa müvəffəq olmuşdular. Kırım xanlığının həqiqi qurucusu isə Hacı Çiray xandır. O, Volqa bölgəsindən bir çox qəbilələri öz tərəfinə çəkə- rək Qızıl Orda xanına qarşı Moskva knyazlığı ilə ittifaq yaratmış, öz durumunu gücləndirmişdi.
Bu vaxt Hacı Giray Kırımdakı hâkimiyyətini qüvvətləndirmək üçün Lehistan və Litva ilə dostluq , Qızıl Orda ilə Qızıl Ordanın dostu və xərac verəni olan Kefe Cenəvizliləriylə düşmənlik edirdi. Buna bax- mayaraq, Hacı Giray qanuni Xan olmadığı və heç bir haqqı olmadan Kırımı əldə etdiyi üçün bilirdi ki, günün birində Qızıl Orda yenidən Kırıma sahib olmaq üçün hərəkətə keçəcək və bu hərəkat əsnasında Cenəvizlilər də cənubdan təzyiq göstərərlərsə, o,çox pis bir vəziyyətdə qala bilər. Ona görə də Hacı Giray Cenəvizliləri indidən əzməyi mənfə- ətinə uyğun görmüş və 1438-ci ildə hücum edərək Carlo Lomellino kamandanlığındakı bir Cenəviz ordusu üzərində qələbə qazansa da bu zəfər Cenəvizliləri sığındıqları möhkəm qalalardan çıxara bilməmişdi ( Seçmələr bizimdir-A.Q. Bax : Barthold, Hacı Giray, İslâm Ansiklope- disi, IIcilt, səh. 217).
Buna baxmayaraq Hacı Giray bundan cəsarət alaraq tamamilə müstəqil bir hökmdar kimi hərəkət etməyə başlamış, hətta biraz sonra, yəni hicri 845-ci ildə ( miladi. 1441 - 1442) öz adına sikkələr basdırmış- dı. Hacı Giray, Qızıl Orda xanı Kiçik Məhəmməd Xanın 1445-ci ildə ölümünə qədər ona qarşı hiç bir hərəkətdə bulunmamışdı. Yerinə keçən oğlu Seyid Əhməd Xan ( 1445-1481 ) Qızıl Ordanın son Xanı olmuş- dur. Fəal bir hökmdar olan Seyid Əhməd Xan Uluğ Məhəmməd Xanın ölümündən sonra baş qaldırmağa başlayan, vergilərini göndərməyən Rusları cəzalandırmaq üçün oğlu Mazufşah komandasında bir ordu göndərmiş,bu ordu Rusları yenib Moskvanı mühasirəyə alsa da məlûm olmayan səbəblərdən dolayı geriyə dönmüşdü ( Seçmələr bizimdir-A.Q. Bax: Barthold, Hacı Giray İslâm Ansiklopedisi, II cilt, səh. 181; Ahmet Zeki Valîdi, Türk ve Tarar Tarihi, səh. 183-187; Rıza Nur, Türk Tarihi II cilt, səh. 165 – 166 ).
Qızıl Ordanın siyasî birliyini yenidən təşkil etmək üçün özündən əvvəlkilərdən daha təşəbbüskar görünən Seyid Əhməd Xanın fəaliyyə- ti Hacı Girayı qorxutduğundan o, Seyid Əhməd Xana qarşı Litva və Lehistanın dostluqlarına tam inanmamış, ona görə də yeni müttəfiqlər aramış və o dövrdə ona yardım edəbiləcək yeganə gücün XV əsr Avro- pasının ən qüdrətli hərbi dövləti olan Osmanlı İmparatorluğunu bul-muşdu.
Tədqiqatçılar göstərirlər ki, “ Osmanlı mənbələrinin heç birində Hacı Girayın Osmanlılardan yardım istədiyinə dair heç bir qeyd yoxdur. Yalnız Smirnovun bir qeydində belə bir təşəbbüsün olduğu göstəril- mişdir. Hacı Girayın Osmanlılara hansı tarixdə müraciət etdiyini bilmirik. Bu müraciət hərhalda Istanbulun fəthi sıralarında (biraz öncə vəya sonra) olmalıdır. Fateh bu müraciətə ancaq Istanbulun fəthindən sonra cavab verə bilmişdi “( Bax : Bedriye Sabit, Kırımın Osmanlı im- paratorluğuna Eklenmesi Meselesi, İstanbul, Arkadaş Matbaası, 1934 səh. 6 ).
1454-cü ildə Sultan Mehmet Fateh Kırım sahillərindəki Ceneviz müstəmləkələrini ələ keçirmək üçün Dəmir Kahya komandasında bir donanma göndərmiş, bu donanma heç bir şey hissetdirmədən Kəfənin qarşısına gelərək əvvəlcədən sözləşdikləri kimi Hacı Giray da 6000 atlı ilə şəhəri qaradan mühasirəyə almışdı. Bunun üzərinə Kəfədəki Cene- viz konsulu Hacı Girayla anlaşmış və hər il 600 som vergi verməyi qəbul etmişdi ( Seçmələr bizimdir-A.Q. Bax : Hamdi Giray, Edebiyat Fakültesi mezuniyet tezi, səh. 86.).
Fatehin Kırım sahillərinə donanma göndərməsi Qızıl Orda xanı Seyid Əhməd Xanın nəzər-diqqətini cəlb etmişdi. Çünkü Seyid Əhməd Xan üçün Kırımın Osmanlıların əlinə keçməsi Hacı Girayın müstəqillik qazanmasından daha təhlükəli ibi. Bundan başqa Kəfə Cənəvizlərinin Hacı Giraya xərac verməsi də Seyid Əhməd Xanın əleyhinə idi. Çünkü öncə Qızıl Orda xanlarının iqtisadî baxımdan işinə yarayan bu Cənəviz şəhərinin Hacı Gİraya vergi verməsi onu maliyyə cəhətdən qüvvətlən- dirəcəyi kimi Seyid Əhmed Xanı da şübhəsiz zərərlı çıxaracaqı. Ona görə də Seyid Əhməd Xan Hacı Girayı cəzalandırmağa təşəbbüs göstər- miş və Hacı Girayın üzərinə yürüyərək onu və oğullarından bəzilərini öldürmək istəmişdi. Bu döyüşdə Hacı Giray yaralanaraq qaçıb Dövlət Gəldi Sofunun yanına sığınmışdı ( Seçmələa bizimdir-A.Q. Bax : Hammer,Devleti Osmaniye tarihi, Atâ Bey tercümesi, III cilt, səh. 147).
Hacı Girayın qurmuş olduğu Kırım Xanlığı, Doğu Avropa və Qaradəniz siyasətində önemli rol oynamışdı.1465-ci ildə Papa II. Paulus, Antakyalı Louisi Hacı Giraya elçi olaraq göndərib İmperator III. Fridrixin başçılığı ilə Osmanlılara qarşı yapılacak Xaçlı səfərinə onun da qatılmasını istəmişsə də, Hacı Giray bunu qəbul etməmiş, əksinə, Osmanlı hâkimiyyəti dönəmində Kırım, Osmanlıların Qərbə qarşı yapdıqları səfərlərdə önəmli bir hərbi dəstək qaynağı olma özəlliyi qazanmışdı.
Hacı Girayın Xanlıq üçün mücadilə edə biləcək səkkiz övladı ( Dövlətyar, Nur Dövlət Xan, Heydər Xan, Qutluğ Zaman, Kildiş, Mengli Giray Xan, Yamgurçı, Öz Temür ) olmuşdu . Hacı Giray Xan Xanlıq mərkəzlərindən olan Qırxyerdə və Kırımda bir neçə məscid və mədrəsələr yapdırmışdı. Hacı Giray dövründə Kırım, Doğu Avrupa ilə yapılan ticari münasibətlərdə önəmli bir yer tutmuşdu. Kırım Yarmada- sının güneyindəki Cənəviz ticarət kaloniyalarında yaşayanlar Xan tərəfindən təyin edilən məmurlara bağlı idilər və bu məmurlar gümrük vergilərini toplamaqla görəvliydilər. Kırımlılar həm dəniz, həm də qara ticarətiylə uğraşırdılar. Bu ticarətə Moskva, Qazan ve quzeydəki diğər bölgələrdən gələn kürk, balık, bal mumu, hububat və Uzakdoğunun ipəyi və baharatı da daxil idi ( Seçmələr bizimdir-A.Q. Bax : Barthold, Hacı Giray, İslâm Ansiklopedisi, II cilt, səhh. 217; Ahmet Zeki Valîdi, Türk ve Tatar Tarihi, səh. 183-184; Rıza Nur, Türk Tarihi, II cilt, səh. 165.).
1466-cı ilin yaz ayının sonlarına doğru vəfat edən Hacı Giray Baxçasarayda Salacıqdakı türbəsinə dəfn edilmişdi.
Hacı Giray sağlığında qardaşlarından və oğullarından kimsəni vəliəht təyin etmədiyindən ölür-ölməz oğulları və özlərini varis sayan qohumları arasında daxili çarpışmalar başlamışdı. Bu çarpışmalar o qədər davamlı bir şəkil almışdı ki, heç kim layiqiylə Xan ola bilmirdi. Hattâ bunların arasında cəmi iki saat belə Xan olanlar var idi. Bir ara bunlardan Mengli Giray taxta çıxaraq üç aya qədər qalmışdısa da Nur Dövlət və sonra Bay Geldi ile yapdığı çarpışmaların sonunda yenilərək Menküp qalasındakı Cənəvizlərə sığınmışdı.Kırımdakı bu qarmaqarışıq vəziyyətdən istifadə edən Cənəviz və Rumlar isə nüfuzlarını artırmış, mövqelərini qüvvətləndirmişdilər. Kırım taxtında Nur Dövlət Xan (ölü mü 1503, noyabr, Rusya) 4-cü Kırım Xanı (1466-1467, 1467-1469, 1475-1476-cı illər) olmaqla toplam üç dəfə səltənət sürmüşdür.O, həmçinin 1486-1490-cı illər arasında “ Qasım Xanlığı”nı da idarə etmişdir.( Seçmələr bizimdir- A.Q. Bax: : Bedriye Sabit, göstərilən əsə- ri,səh.13; Hamdi Giray, Edebiyat Fakültesi Mezuniyet Tezi,səh.84, 85).
Tədqiqatçılar göstərirlər ki ,“Osmanlılar Kırım kıyılarına çıktıkları zaman hukukan müstakil bir Kırım Hanlığı yoktu. Osmanlılar da Kırımı değil, Kırım kıyılarındaki Ceneviz kalelerini almak için gelmişlerdi. Kırımın sahibi olarak Kırımdaki âsi hanı değil, Altın Ordu devletinin büyük hanını tanıyorlardı “( Bax: Bedriye Sabit, Kırımın Osmanlı im-paratorluğuna Eklenmesi Meselesi, İstanbul, Arkadaş Matbaası, 1934 səh.2 )
Osmanlıların İstanbulu zəbt еdərək Qara dənizə hakim olmaların- dan sonra Kırım xanlığı ilə Osmanlılar arasında sıx ilişkilər başlamışdı. Nəhayət 1475-ci ildə Kırım xanlığı Osmanlı himayəsinə kеçdi.
Tarixin müəyyən dönəmlərində Rusiya çarlığına еtinasız yanaşan müəzzəm Osmanlı İmpеratorluğu Rusiya ilə münasibətləri özünə tabе olan Kırım xanlığı ilə həyata kеçirir, "Rus məsələləri ilə Kırım xanlığı məşğul olurdu". Bu dönəmlərdə Rusiya Kırım xanlığına illik vеrgi "Tış" ödəyirdi. Kırım xanlığı o dövrdə Osmanlı İmpеratorluğunun hima yəsində olmasına baxmayaraq bölgədə söz sahibi idi. Bеlə ki, XVII əsrdə Boqdan Xmеlnitskinin öndərliyində Ukrayna xalqının qurduğu ilk dövlət Kırım xanlığının dəstəyi ilə olmuşdur. Boqdan Xmеlnitski bir müddət Osmanlı himayəsini qəbul еtmiş, lakin Osmanlı dövlətindən lazımi yardımı ala bilmədiyindən Rus çarlığının himayəsi- ni qəbul еtmişdi.
Osmanlı İmpеratorluğunun birləşmiş "Müqəddəs İttifaq" tərəfindən Vyana ətrafındakı məğlubiyyəti Rusiyanın əl-qolunu açmış, Rusiyanı Osmanlı İmpеratorluğuna qarşı Avropa xristian dünyası ilə tarixdə ilk dəfə yaxınlaşdırmışdı. Bu iş Moskvadakı almanların təsiri ilə Qərbi Avropaya hеyranlıq duyan Pyotrun hakimiyyətə gəlməsi ilə daha da gеnişlənmiş, çar I Pyotr xristian Avropası ilə əlaqələri daha da yaxın- laşdıraraq 1696-cı ildə Qara dənizin açarı sayılan Azov qalasını ələ kеçirməklə Osmanlı dövlətinə ilk böyük zərbəni vurmuşsa da Kırıma soxula bilməmiş, Kеrç boğazını Kırım xanından ala bilmədiyi üçün Qara dənizə ayaq basa bilməmişdi.
Doğu Avropa siyasətinin kilit ünsürlərindən biri olan və Hacı Girayın soyundan gələn “Giray” xanədanı idarəsindəki Kırım Xanlığı 1475-ci ildə Osmanlı İmperatorluğu ilə sıx bir ittifaqa, hətta bir müddət- dən sonra isə onun himayəsi altına girmişdi. Bu tarixdən etibarən Kırımın güneyindəki dar sahil boyundakı Cenəviz kaloniyaları Osmanlı hakimiyyətinə keçməklə yanaşı, gedərək artan Osmanlı nüfuzu ilə əla-qədar olaraq Kırım Xanlığının da taleyi güneyindəki bu İmperatorluğa bağlanmış oldu.
Giray xanədanının Osmanlı hakimiyyətini açıq şəkildə tanıması Məngli Girayın iyul 1475-ci il tarixli məktubu ilə gerçəkləşmişdir. Məngli Giraydan etibarən Xanlar vəliəhd məqamında bir “Kalqay”( 1-ci vəliəhd) və 1584-cü ildən etibarən də bir “Nurəddin” (2-ci vəliəhd) təyin etməyə başlamışdılar. Çingiz “Yasası”na görə “Kalqay”lığa Xanın qardaşı gətirilirdi. Taht boş qalınca Kalqay Xanlığa, Nurəddin də Kalqaylığa təyin edilmişdi. Bu gələnəyə zidd olaraq bəzi Xanların oğullarını Kalqaylığa gətirmə cəhdləri dirənişə, hətta bəzən üsyanlara yol açmışdı. Kırım qəbilə aristokratiyasının İstanbula bildirmədən törəyə görə Kalqayları “Xan” elan etdikləri də olmuşdur. I Qazi Giray və Toxtamış Giray məhz bu şəkildə-Bəylərin təsdiqi ilə “Xan” elan edilmişdilər. Bunlar Osmanlı Sultanı tərəfindən tanınmadığı üçün qanlı mücadilələr meydana gəlmişdi. Ona gərə də ixtişaşlardan qaçınmaq üçün adətən İstanbulun rəyi əsas götürülmüşdü. Belə ki, 40 xandan 24-ü Kalqaylıqdan və yalnız 5-i Nurəddinlikdən “Xan” olmuşdu.
Bundan sonra gedərək artan Osmanlıların hər səfərində Avropa- nın Xristian dövlətlərinin qorxulu röyası halına gələn güclü Kırım Tatar süvari birlikləri də qatılaraq Orta Avropadan Azərbaycan, Persiya və həttâ Misirə qədər Kırımlılar da Osmanlılarla birlikdə üç yüz il qanları- nı dökmüşdülər. Xüsusilə XV əsrdən etibarən də Kırım Xanlığı üzərin- dəki Osmanlı təsiri gündən-günə artmış, zaman keçdikcə Gərayların bu dövləti idarəçilik və mədəni baxımdan Qızıl Ordanın və Osmanlı Dövlətinin maraqlı bir sintezinə dönüşmüşdü. Artan Osmanlı təsirinə baxmayaraq Kırım Xanlığı siyasi hökmranlığını daima qorumuş və başlı - başına Doğu Avropanın ən güclü dövlətlərindən biri olmuşdu. XVI əsrin başlarında Qızıl Ordanın siyasi adını tamamilə devralan Kırım Xanlığı, bu dönəmdə mövcud Türk xanlıqları əleyhinə güclən-məyə və genişlənməyə başlayan Rusyanı durdurabilən tək güc duru-mundaydı. Bu anlamda Kırım Xanı I Dövlət Giray Xan komandan lığındakı Kırım ordusu 1571-ci ildə qarşısındakı Rus birliklərini məğ- lub edərək, Moskvaya qədər gedib oranı yandırabiləcək qüdrətə malik idi. Kırım Yarımadası ilə yanaşı, Dəşt-i Qıpçak və Quzey Qafqazın batı bölgəsini də hakimiyyəti altına alan Kırım Xanlığının hakimiyyət sahə- si, savaşlarla quzeyə, doğuya və batıya doğru getdikcə genişləmişdi.
Paytaxtı Baxçasaray olan Kırım Xanlığı bir köçəri dövləti olmaq- dan çıxaraq, oturaq və parlaq bir Türk mədəniyyətinin təmsilçisi olmuşdu. Kırım, XV.-XVIII əsrərdə xeyli sayda böyük alim, dövlət xadimi, ədib, sənətkar və hərbiçinin vətəni olmuşdur.
Osmanlı dövlət protokolunda Sədrəzəm ilə yanaşı Padişahdan sonra Kırım Xanları gəlirdi. I Sahib Giray Xan, II Gazi Gəray Xan, III Səlim Gəray Xan və Kırım Gəray Xan kimi xanlar çox yönlü xüsusiyyətləri ilə böyük izlər buraxmış dövlət xadimlərindən idilər.
Kırım Xanı I Məngli Girayın (hakimiyyət dövrü: 1532-1551-ci illər)
oğlu, Osmanlı sultanı I Səlimin qayını, Sultan Süleyman Qanuninin dayısı I Sahib Giray 1501-ci ildə anadan olmuşdur.
1521-ci ildə Kırım Xanı böyük qardaşı I Mehmet Giray Qazanı tutaraq şəhəri ona vermişdi.
Qardaşı ilə birlikdə 1532-ci ildə Rus çarı III Vasilini Moskva yaxınlı- ğında məğlub edən I Sahib Giray Kırım Xanı I Səadət Girayın ölümü ilə 1532-ci ildə Kırım taxtına oturmuşdu.
Ata-babalarının siyasətini davam etdirərək 1541-ci ildə Moskvaya səfər edərək ətrafdakı Türk boylarını Kırıma yerləşdirmişdi. I Sahib Giray 1551-ci ildə qətlə yetirilmişdi.
I Sahib Girayın ən böyük əsəri Kırım Xanlığının paytaxtı Baxçaray şəhəri və orada inşa etdirdiyi Xan Sarayıdır.
Saraya və ətrafına sonrakı Kırım Xanlarından I Dövlət Giray sa- rayın içinə sarayın ilk Türbəsini, I Salamat Giray bir çardaq, I Bahadır Giray Rəsmi mərasimlər üçün daha bir salon, III İslam Gəray sarayın ikinci Türbəsi və yeni bir Saray Salonu, I Qaplan Giray “Altın Çeşmə”- ni, Arslan Giray Böyük Xan Camisinin yanına bir Mədrəsə inşa etdir- mişlər. Saraya və Baxçasarayın gözəlləşməsinə önəmli qatqılar yapma- sı ilə tanınan Kırım Giray həyat yoldaşı Dilara Bikəç Türbəsini və Gözyaşı Çeşməsini yapdırmış və Sarayın içinin süslənməsi üçün məş- hur sənətkarların dəvət edilməsini əmr etmişdi.
Saray 1736-cı ildə “Perekop Mühasirəsi” sırasında Rus hərbiçiləri tərəfindən dağıdılmış, lakin daha sonralar Saray qalıntıları ilə təkrar təmir edilmişdi. Tarixdə bir neçə dəfə dağıdılan və yandırılan “Xan Camisi” də son dövrlərdə Türkiyə Cumhuriyyəti tərəfindən təmir edilərək ibadətə açılmışdı.
Kırımın və Kırım Türklərinin tarixində mühüm rol oynayan Xanlardan biri də II Qazi Giraydır. Göstərdiyi qəhrəmanlıqlarından dolayı “Bora” ləqəbi ilə tanınan Dövlət Giray Xan oğlu II Qazi Giray 1554-cü (bəzi mənbələrdə 1551-ci-A.Q.) ildə anadan olmuşdur.
İlk dəfə 1578-ci ildə başlayan Osmanlı-Səfəvi müharibəsində Adil Giray komandanlığındakı Kırım ordusunda bir komandan olaraq iştirak edən II Qazi Giray Özdəmiroğlu Osman Paşanın təqdirini qazanaraq diqqət çəkmişdi. Ertəsi il səfərdə xüsusi olaraq iştirak edən Kırım Xanı Mehmet Giray savaş sona ermədən Kırıma dönməyə qərar verincə II Qazi Girayı bir miqdar qüvvətlə Şirvanda buraxmışdı. II Qazi Giray burada Kür çayını keçən Səlmas Xan qüvvətlərini ani bir hücumla bozquna uğradaraq böyük qələbə qazandıöından Osmanlı sultanı III Muradın iltifatına nail olmuş və alacağı para 50000 (əlli min) akçaya qaldırılmışdı. 1580-ci ildə bir kəşfiyyatda olarkən Səfəvi hərbiçiləri tərəfindən mühasirəyə salınaraq əsir alınmış və Osmanlılara qarşı Səfə- vilərə dəstək verməyi rədd edincə “Alamut Qalası”na salınmışdı. 5 il burada həbsdə qaldıqdan sonra 1585-ci ildə buradan qaçmağı bacarmış, Ərzurumda bulanan Osman Paşanın yanına gələrək onunla birlikdə yenidən savaşlara qatılmışdı. Osman Paşanın ölümündən sonra İstanbu- la getmiş, oradan da Yanboluya göndərilmişdi. Osmanlı sarayından verilən para ilə bir müddət sakit həyat yaşayan II Qazi Giray Kırım Xanı İslam Giray ölüncə Sultan III Murad tərəfindən Kırım Xanlığına təyin edildiyindən 1588-ci ilin may ayında bir donanma eşli- yində Kırıma dönmüşdü (Seçmələr bizimdir-A.Q. Bax: Halil İnalcık, Gazi II Giray, İslam Ansiklopedisi, Gazi Giray II maddesi).
Kırım Bəyləri II Qazi Girayın Xanlığını qəbul etsələr də Rus çarı öz namizədi Murad Girayı dəstəklədiyindən II Qazi Giray Rusiyanı baş düşməni elan edərək İsveç və Lehistan ( Polşa-A.Q. ) ilə ittifaq müzaki- rələrində bulunduqdan sonra 1591-ci ildə böyük bir ordu ilə Moskvaya qədər irəliləmişdi. Ertəsi il Kırım Bəyləri Ruslara qarşı yeni bir hücum hazırlasalar da 1593-cü ildə Osmanlı-Habsburq savaşının başlamasın-dan dolayı aprel 1594-cü ildə Rusiya ilə sülh müqaviləsi imzalanmışdı. Rus çarı müqaviləyə əsasən 10000 ( on min ) rubl vergi ilə yanaşı, hər il müəyyən edilən hədiyyələri göndərməyi öhdəsinə götürmüşdü.
II QAZİ GİRAY XAN
II Qazi Gtray avqust 1594-cü ildə Yanıqqalanı mühasirəyə alan Qoca Sinan Paşanın yanına gələrək savaşa qatılmış, ertəsi il üsyan edən Əflak və Boğdana qarşı təərrüzdə bulunmuş, Boğdan Bəyini itaət altına alsa da Boğdanın Kırım şahzadələrindən birinə verilməsini Osmanlı Sultanından istəmiş, lakin qəbul edilməmişdi. Ona görə də, 1596-cı ildə ona Haçova savaşına qatılmaq üçün edilən israrlı dəvətlərə baxmayaraq səfərə qatılmamış, yrrinə vəliəhd Fəth Girayı göndərmişdi. Haçova Meydan Savaşı Osmanlılar tərəfindən qazanıldıqdan sonra Cığalızadə Sinan Paşanın israrı ilə Kırım Xanlığından azad edilərək yerinə Fəth Girayı gətirmişdilər. Lakin üç ay sonra Cığalızadə vəzifəsindən alınınca Kırımlılar II Qazi Girayı yenidən Xanlığa gətirdilər. Qazi Giray onu təbrik etmək üçün gələn Fəth Girayı hüzurunda öldürtmüş, boşalan vəliəhdlik Salamat Giraya ikinci vəliəhdlik də Dövlət Giraya verilmiş- di. Ancaq bir müddət sonra Dövlət Giray da qətlə yetirilincə qardaşları Şahin Giray, Mehmet Giray və Salamat Giray İstanbula qaçdıqlarından Qazi Giray Xan vəliəhdliyə oğlu Toxtamış Girayı, ikinci vəliəhdliyə də digər oğlu Səfər Girayı təyin etmişdi (Seçmələr bizimdir-A.Q. Bax: Ha- lil İnalcık, Gazi II Giray, İslam Ansiklopedisi, Gazi Giray II maddesi).
Kazakların təhdidi hiss edildiyindən “Qazi Kirman Qalası”nın inşasına başlanılmış, Osmanlı sultanı III Mehmedin əmri ilə II Qazi Giray 1598-ci ildə Macarıstandakı Osmanlı ordusuna qatılmış,onun təsiri ilə Satırçı Mehmed Paşa Varad üzərinə hücuma keçmiş, lakin hücum başarısızlıqla nəticələnmişdi. Qazi Giray ordusu ilə Macarıstan və Bohemaya yapmaq istədiyi hücum da Satırcı Mehmed Paşa tərəfin- dən əngəllənmişdi. II Qazi Giray qışı Somborda keçirmiş və yapdığı xidmətlər qarşılığında Silistrənin ona pay olaraq verilməsini istəsə də tələbi İstanbul tərəfindən qəbul edilməmişdi. Qazi Giray, Satırcı Meh- med Paşanın bazarıqsızlığı üzündən edam edilməsi ilə bağlı olaraq dərhal Kırıma dönmək istəsə də Osmanlı dövlətinin Vəziri-Əzəminin israrı ilə bir müddət sərhəd bölgələrində qalmış, 1599-cu ildə Osmanlı ordusu ilə bərabər Esterqon səfərinə qatılmışdı. Avstrya dövləti onu Osmanlılardan ayırmaq və geri dönməsinə şərait yaratmaq üçün ildə 10.000 (on min) altın ödəməyi təklif etmişdilər. Qazi Giray da həm əskərlərinin istəkləri, həm də Kırımın Ruslar və Kazakların təhdidi altında olması ilə bağlı olaraq geri dönmək istəsə də bu tutumu Osmanlı mərkəzi hökuməti tərəfindən xoş qarşılanmamışdı. Taxtının təhlükədə olduğunu anlayan Qazi Giray 1602-ci ildə qış aylarının yaxınlaşmasına baxmayaraq Macarıstana getmiş və qışı məşhur Osmanlı tarixçisi Peçuylu İbrahimlə Peçuyda ov etmək və şeir yazmaqla keçirmiş, 1906-cı ilin yazında Kırıma dönmüşdü. 1606-cı ildə Qazi Giray Ruslara qarşı Lehistanla (Polşa ilə) ittifsqı yeniləmişdi.Anadoluda baş verən Cəlali üsyanları sırasında Osmanlı sultanı I Əhməd ondan ordu göndərməsini istəsə də o, gözlənilən 10.000 (on min) əskər yerinə kiçik bir qüvvət göndərməklə yetinmişdi. Kırım Xanı II Qazi Giray 1597-ci ildə inşasını başlatdığı “Qazi Kirman Qalası”nı tamamlatdırıb Kırıma dönərkən yolda vəbaya yaxalanaraq 1607-ci ilin noyabr ayında vəfat etmişdir. Məzarı Baxçasarayda atası Dövlət Girayın yanında, Xan Sarayı Cami qəbristanlığındakı türbəsindədir. Kırım Xanları içərisində mühüm yeri olan II Qazi Giray eyni zamanda həqiqi bir sənətkar, müxtəlif elm sahələri ilə yanaşı, xəttatlıq və musiqi kimi gözəl sənətlərdə də yüksək bilgi sahibi olmuşdur. O, həmçinin Namiq Kamalın “ Cəzmi” romanı- nın qəhrəmanlarından biri kimi Türk ədəbiyyatında özünə yer qazan-mışdır ( Seçmələr bizimdir-A.Q. Bax: İslam Ansiklopedisi, Qazi Giray II maddəsi ).
II Qazi Giray Xanın vəfatından sonra yerinə vəliəhd təyin etdiyi oğlu Toxtamış Girayın Xanlığını Kırım Bəylərinin qəbul etməsinə baxmayaraq Osmanlı hökuməti tərəfindən rədd edilmişdi. Qısa müddət ərzində (1607-1608) Kırım Xanlığının Xanı kimi hökm sürən 19 yaşlı Toxtamış Giray Güney Buğunu keçərkən Kırıma qurudan gedən Meh- med və bir qrup yeniçəri ilə qarşılaşmış, dəstəsində olan əskərlərin çoxu qaçdığından o, qardaşı Kalqa Səfər Giray ilə birlikdə döyüşdə həlak olmuşdu.
Bu vaxt Osmanlıların həbsdən çıxarıb göndərdiyi Səlamət Giray (hakimiyyət illəri: 1608-1610) gəmi ilə Kırıma gəlmiş, bəylər tərəfin- dən də tanındığından Kırım Xanı olmuşdu ( Seçmələr bizimdir-A.Q. Bax: Oleksa Qayvoronski ”Poveliteli dvux materi- kov”, Kiyev-Baxçasaray, ikinci nəşr, 2010, ISBN 978-966-2260-02-1 , cild 1, səh. 368, 373, cild 2, səh. 23-27 ).
Səlamət Giray 1601-ci ildə Kırım Xanlığı içərisində baş verən daxili mübarizələr nəticəsində Osmanlı dövlətinə qaçmış, orada da həbs olun- muş, sonradan 1608-ci ildə Sultan I Əhməd tərəfindən həsdən azad edi- lərək Kırıma Xan təyin edilmiş, iki il sonra -1610-cu ildə vəfat etmişdi.
Səlamət Girayın ölümündən sonra Osmanlı sultanı I Əhməd tərəfindən 1610-cu ildə Kırım taxtına oturdulan Canıbəy Giray Xan (1568-1636) fasilə ilə üç dəfə ( 1610-1623, 1624,1628-1635) Xan olmuş, ilk hakimiyyəti dövründə Kırım taxtına iddia edən əmisi oğlu III Mehmet Giray ilə mübarizə etmək məcburiyyətində qalmış, Osmanlı ordusu ilə bərabər Səfəvilərə və Polyaklara qarşı səfərlərdə iştirak etmişdi. 1622-ci ildə III Mehmet Giray tərəfindən taxtdan endirilmiş, Osmanlı sultanı I Mustafanın taxta çıxması ilə xanlıqdan çıxarılaraq 1623-cü ildə Rodos adasına sürgünə göndərilmişdi. Xanlığa təyin edilən əmisi oğlu III Mehmet Giray Osmanlı dövlətinə qarşı düşmən mövqe tutduğundan Canıbəy Giray 1624 –cü ildə yenidən Xanlığa gətirilsə də, dörd ay sonra III Mehmet Giray qardaşı Şahin Giray ilə birlikdə onu Kırımdan qovmuşdu. 1628-ci ildə Osmanlı dövləti Dəniz Naziri və Donanma Baş Komandanlığındakı donanmanı Vəzir Kənan Paşa və Benyalukalı Hüseyin Paşanın komandanlığı altında Canı Bəyə köməyə göndərmiş, Kırım Xanı III Mehmet Girayı taxtdan salınaraq Canıbəy Giray yenidən hakimiyyətə gətirilmiş, Mehmet Giray qardaşı Şahin Girayla birlikdə qaçaraq Kazaklara sığınmışdılar.
1628-ci ildə üçüncü dəfə Kırım taxtına oturan Canıbəy Girayın və Dobrucadan Kırıma göndərilən Kənan Paşa komutasındakı Tatar əskər- ləri ilə savaşa girən III Mehmed Giray öldürülmüş, İstanbul və Qara dəniz sahillərini yağmalayan Kazak Atamanı da yaxalanaraq Kəfə Qalasında edam edilmiş, beləliklə, Kırımda istiqrar yenidən bərpa edilmişdi. Hakimiyyətinin üçüncü dövründə də Osmanlılarla bərabər bir neçə müharibədə öz ordusu ilə birlikdə iştirak edən Canıbəy Giray sonda Səfəvi –Osmanlı savaşında Sultan IV Muradın İrəvan səfərinə qatılması əmrinə qocaldığını irəli sürərək qarşı çıxması onun Xanlıqdan uzaqlaşdırılaraq yenidən Rodosa sürgün edilməsi ilə nəticələnmişdi. Canıbəy Giray 1636-cı ildə Rodosda vəfat etmişdi. ( Seçmələr bizimdir-A.Q. Bax: Oleksa Qayvoronski Oleksa Qayvoronski ”Poveliteli dvux materikov”, Kiyev-Baxçasaray, ikinci nəşr, 2010, ISBN 978-966-2260 -02-1 , cild 1, səh. 368, 373, cild 2, səh. 23-27.
Canıbəy Girayın vəfatından sonra Kırım taxtına oturan İnayət Giray (hakimiyyət illəri:1635-1637) və I Bahadır Giraydan (hakimiy- yət illəri: 1637-1641) sonra 1608-1610-cu illərdə Kırım Xanı olan I Səlamət Girayın 7 oğlundan (I Bahadır Giray, III İslam Giray, Kırım, Mübarək, Səfa və Adil) biri olan IV Mehmed Giray (1641-1644, 1654-1666) qardaşı I Bahadır Girayın ölümündən sonra 1641-ci ildə Kırım taxtına çıxmışdı. Sofu Mehmed Giray Xan olaraq da bilinən IV Meh- med Giray Polşa və Litva Prensliyi ilə ittifaq siyasəti yürütmüş, Kazak- lar tərəfindən işğal edilən Azov Qalasının 1642-ci ildə qurtarılmasında iştirak etmiş, Osmanlı birlikləri ilə birlikdə Rus çarının basqısı ilə qarşılaşmışdı.
IV Mehmed Giray Kalmıklara və Kabardinlərə qarşı Salanaş Mirzəni oraya göndərmiş, lakin Mirzə orada öldürülmüş, Hakaşmat Bəylə qardaşı Antonak Bəy Kabardin Bəyliyi üçün taxt uğrunda bir-biri ilə savaşarkən Mehmed Giray Antonak Bəyi dəstəklədiyindən Hakaşat Bəy öncə Azova, oradan da İstanbula qaçmış, burada Osmanlı sultanı onu “Çərkəzyənin Prensi” elan etmişdi. Mehmed Girayın izni olmadan Çərkəzyəni dağıtdığından dolayı Kəfənin valisi onu Sultana şikayət etmiş, Osmanlı sultanı İbrahim Sultan da onu taxtdan endirərək yerinə qardaşı İslamı “III İslam Giray Xan” adı ilə Kırım taxtına çıxarmışdı.
I Səlamət Giray Xan oğlu III İslam Giray Xan 1648-ci ildə Reç Pospoliyaya qarşı Zaporejye Kazaklarının Atamanı Boqdan Xmelnitski ilə ittifaq yaradaraq Kırım Xanlığını gücləndirmişdi.
III İslam Giray Boqdan Xmelnitski ilə birlikdə 1649-cu ildə Zbaraj və 1651-ci ildə Beresteczko müharibələrində iştirak etmiş, 1654-cü ildə “Pereyaslavl Müqaviləsi” ilə də Polşa ilə sülh bağlayaraq Çar Rusiyası- na qarşı ittifaq yaratmışdılar.
O, 1654-cü ildə Kazaklar tərəfindən öldürülmüş, Rodosda sürgündə olan qardaşı IV Mehmed Giray yenidən Kırım Xanı olmuşdur. (Seçmə- lər bizimdir-A.Q. Bax: Mykhailo Hrushevsʹkyi, History of Ukraine-Rus': The Cossack Age, 1626-1650, Cana dian Institute of Ukrainian Studies Press, 2002. p. 322; https://www. wikimedia.az-az.nina. az/III_%C4%B0slam_G%C9%99ray.html).
III Mehmed Giray onun birinci səltənətində və Qazi İslam Girayın dövründə ordu başçısı olan qardaşı Adili yenə də ordu başçısı olaraq yanına almış, lakin Adilin atdan düşərək ölməsi ilə bağlı olaraq Mənsur və Şirin qəbilələri arasında çəkişmə baş vermişdi. IV Mehmed Giray qardaşı Adilin yerinə daha sonralar Kırım Xanı olan Muradı ordu başçı- sı təyin etmişdi. IV Mehmed Girayın ikinci səltənətinin (1654-1666-cı illər) böyük bir qismi Polşaya qarşı savaşda keçmişdi.
Kırım Xanı IV Mehmed Giray 1666-cıildə Habsburq Monarxiyası- na qarşı savaşmaq üçün Macarıstana öz yerinə oğlunu göndərdiyi və Bucaq Ordası Noqaylarına saldırdığı üçün taxtdan endirilmiş, əməkli olaraq ona bir mülk verilmiş, Tarki Şamxalatında bir dərviş kimi yaşa- mışdı. O, Xan olmaqla bərabər, “Kamil” təxəllüsü ilə dini və fəlsəfi məzmunlu şeirlər yazan məşhur bir şair olmuşdur. Xanlığı dövründə tikinti və mədəni həyatla bağlı çalışmalara mühüm əhəmiyyət vermişdi. Onun hakimiyyəti dövründə məşhur Türk alimi və səyahətçisi Övliya Çələbi Kırıma gəlmiş, Kırımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşa-yışı və Xana aid məlumatları qələmə almışdı. 1672-ci ildə vəfat edən IV Mehmed Girayın naaşı dəfn edilmək üçün Bağçasaraya göndərilmiş- di ( Seçmələr bizimdir-A.Q. Bax: https://www. wikimedia.az-az.nina. az/III_%C4%B0slam_G%C9%99ray.html).
Kırım Xanlığına IV Mehmed Giraydan sonra dövrün Osmanlı Sədrəzəmi Köprülü Fazil Əhməd Paşanın arzusu ilə Adil gətirilmişdi.
AYDIN MƏDƏT OÖLU QASIMLI
Filologiya elmlıri üzrə fəlsəfə doktoru, dosent
TEREF





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru