İran gəncləri Türkiyə olmaq üçün can verir, küçələrdə qanını tökür. Türkiyənin bir hissəsi İran olmağı arzulayır.
Bu gün, 15:34
Biz azərbaycanlıların problemi odur ki, demokratiyanın nə olduğunu tam anlamırıq. Hüquq və məhkəmə mədəniyyəti formalaşmayıb. Bu gün həsədlə baxdığımız bütün qərb ölkələri vaxtilə eyni çətin yollardan keçiblər. Amma bir cəmiyyət demokratiyanı, insan hüquqlarını və azadlığın dadını həqiqətən hiss edibsə, onu yenidən tamamilə geri qaytarmaq çox çətindir. Elçibəyin də dediyi kimi, Fransada “Stalinlər” çoxdur, amma xalq onun hakimiyyətə gəlməsinə imkan verməz. Məsələn, Tramp çıxıb “Kanadaya ordu yeridirəm” desə, ona kor-koranə əməl edəcək general tapılmaz və s. Bu bir Türkiyəyə aid məsələ deyil. Ölkə yüz illik cümhuriyyət və demokratiya yolu keçib, milyonlarla insan Avropada yaşayıb, işləyib, qanunun nə olduğunu görüb. Bu gün küçədə sərbəst şəkildə qışqıra, etiraz edə bilirsə, bunu ona məhz cümhuriyyət verib. Amma buna baxmayaraq, Türkiyədə cəmiyyətin böyük bir hissəsi yenə də şəriət və sərt idarəçilik arzulayır. Bu, həqiqətən çox unikal hadisədir. İnsanlar deyir ki, “mən bu azadlığı istəmirəm, yenidən sultan olsun, mənə köləmsən desin”. Bunu arzulayan kişidən çox da qadın var, qəribəliyin başqa tərəfi də budur. İran gəncləri Türkiyə olmaq üçün can verir, küçələrdə qanını tökür. Türkiyənin bir hissəsi İran olmağı arzulayır. Orxan Atabəyli TEREF