Dərbəndi fəth edəndən sonra Şah İsmayıl ordusu ilə Təbrizə geri döndü

Bu gün, 15:18           
Dərbəndi fəth edəndən sonra Şah İsmayıl ordusu ilə Təbrizə geri döndü
Dərbəndi fəth edəndən sonra Şah İsmayıl ordusu ilə Təbrizə geri döndü; onun gəlişi üçün böyük hazırlıqlar görülmüş, bayram və zəfər şənlikləri üçün bütün mağazalar bəzədilmişdi. O, hər gün meydana gəlir, əyanları ilə birlikdə oxatma yarışı keçirərək əylənirdi və əyanları ondan çoxlu hədiyyələr alırdılar. Böyük Sultan İsmayıl meydanda olduğu zaman onun şərəfinə rəqslər edilir, musiqi və mahnılar ifa olunurdu. Bu Səfəvi öz xalqı, xüsusən də əsgərləri tərəfindən bir tanrı kimi sevilir və ona sitayiş edilirdi; onların bir çoxu döyüşdə ağaları İsmayılın onları qoruyacağına inanaraq döyüş meydanına zirehsiz çıxırdılar. Həmçinin şahları uğrunda ölməyə hazır olan, sinələrini bura açaraq "Şah, Şah!" deyə hayqırıb irəli atılan digər zirehsiz döyüşçülər də var idi. Bütün İranda (Səfəvi mülkündə - O.M) Allahın adı unudulmuş, yalnız İsmayılın adı yadda qalmışdı; kimsə atdan yıxılanda və ya büdrəyəndə Şahdan başqa heç bir tanrıya yalvarmır, bu adı iki mənada işlədirdi: birincisi tanrı Şah, ikincisi isə peyğəmbər kimi. Müsəlmanların "Ləsubahənallah, Lə ilahə illallah, Muhəmmədən Rəsulullah" dediyi yerdə, səfəvilər "Lə ilahə illallah, İsmayıl vəliyyullah" deyirdilər. Bundan əlavə, hamı, xüsusilə də onun əsgərləri onu ölməz hesab edirdilər, lakin mən eşitmişdim ki, İsmayılın özü ona tanrı və ya peyğəmbər deyilməsindən məmnun deyil.
XVI əsrin naməlum venesiyalı səyyahın qeydlərindən
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru