Sovet işğalına qarşı təşkil edilən Gəncə üsyanının rəhbərlərindən biri Qaçaq Məmmədqasım
2-06-2026, 09:54
1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan da Gəncədə alovlandı. (müəllif burda yanılır, ilk üsyan 21-22 mart Tərtər üsyanı olmuşdur - O.M) Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Yalnız ermənilərin himayəsilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-yaxın bolşevik əsgərinin bizə tərəf getdiyini müşahidə edib onlardan tez özümü Samuxa çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan, onları darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə daxil olduq. Bu vaxt özümüzünkülər də bizi tanımadıqları üçün atəş açırdılar. Biz yalnız ağ bayraq qaldırdıqdan sonra üsyançılarla birləşdik. Üsyanı Şeyxli Cahangir bəy (Cahangir bəy Kazımbəyli), Hacı Əsgər oğlu Məhəmmədəli, Qaçaq Qəmbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Sovet işğalına qarşı təşkil edilən Gəncə üsyanının rəhbərlərindən biri Qaçaq Məmmədqasım Azərbaycan Tarixi TEREF