Klementi: Çörçil çətin adam idi. Onunla yaşamaq...

5-06-2026, 08:54           
Klementi: Çörçil çətin adam idi. Onunla yaşamaq...
Çörçilin çox sevdiyi həyat yoldaşı Klementine ilə 57 il yaşayıb. Klementinin xatirəsindən: - Çörçil çətin bir adam idi; onunla yaşamaq asan deyildi. Yataqda siqar çəkir, pijama və yataq dəstlərini yandırırdı. Təəssüf ki, həm də içirdi. O, həyatı boyu eniş-yoxuş yaşadı, döyüşdü, yıxıldı və qalxdı. Ünsiyyətdə dözülməz idi və çox vaxt ona deyilənləri eşitmirdi - fiziki olaraq eşitmirdi. Yalnız özünü eşidirdi. Çox yaraşıqlı da deyildi, idmanla məşğul olmurdu. Ancaq arvadını hədsiz dərəcədə sevirdi və onsuz yaşaya bilmirdi. Hərçənd bəzən onu eşitmir və dinləmirdi.
Klementine Çörçilə münasibətlərini normal saxlamaq üçün çıxış yolu tapmışdı: Əri ilə qışqırıb mübahisə etmədiyindən, ona məktub yazmağa başlamışdı. Məktublar... Məhəbbətlə onu necə sevdiyini yazar, xahiş edər və yumşaq tərzdə dözülməz xarakterini düzəltməyə çalışmaq üçün sözlər axtarıb tapar, hər zaman onu dəstəklədiyini, ya bu və ya digər doğru hərəkətinə onu inandığını yazardı. Bəzən mesajının sonunda bir ürək qoyurdu – bizim zamanımızda onlaynda olduğu kimi.
Çörçill sevimli arvadının bütün yazdığı məktubları oxuyardı. Və yaxşılığa doğru dəyişməyə başlayardı. Bu məktublar ona çox dəstək olurmuş. Bu yolla arvadı onunla qalmaqallardan və mübahisələrdən uzaq olmuşdu. Onlar heç vaxt savaşmamışlar. Sevgisinə sadiq qalan Çörçil heç vaxt arvadını aldatmayıb, baxmayaraq ki, toydan əvvəl qızlar və qadınlarla çox əylənmiş. Bilin ki, Çörçil arvadını ilk günlər olduğu kimi, qocalıb ölənədək, 57 il dərin məhəbbətlə sevmişdi. Klementine tək qaldıqdan sonra, yaşamaq üçün bir səbəbi olmadığını düşünərək – hər zaman yalnız sevimli ərini görmək istədiyini söyləyərdi. Bir gün ərinin əlyazmalarını araşdırarkən, qarşısına bir məktub çıxıb. Məktubda sevgi dolu bir ürəyin çırpıntıları əks olunmuşdu. Qadın bunların şəxsən onun üçün yazıldığını başa düşdü. Məktub sanki, onun düşüncələrinə, həsrətinə və itki ağrısına cavab idi. Klementinə elə gəldi ki, əri bu məktub vasitəsilə axirət dünyasından onu dəstəkləyir və yaşamağa ilham verirdi. Beləliklə, qadın başa düşdü ki, məktubda yazılanlar onun zehnini narahat edən sualların cavabı idi: "nə etməli və nəyə görə yaşamaq lazımdır?"
Klementina elə gəldi ki, məktubdan sevilən ərinin səsini eşitdi: “Heç vaxt təslim olmayın - heç vaxt, heç vaxt, heç vaxt, nə böyük, nə kiçikl, heç vaxt təslim olmayın. Şərəf və fikirlərinizin, ideyalarınızın zidd olmadığı təqdirdə heç vaxt təslim olmayın. Heç vaxt gücə boyun əyməyin, rəqibinizin zahirən üstün gücünə əsla boyun əyməyin. Və təslim olmayın!
Klementina bundan sonra, sevimli ərinin bütün sənədlərini qaydaya salıb və mirasını nəşr etdirmişdi. İşini bitirdikdən sonra isə, sakitcə onun yanına getmişdi. Çox sevdiyi birinin yanına... Çörçil ölümündən sonra da, sevdiyi qadınını iztirabdan qurtarmış və ona necə yaşamağının yolunu göstərmiş, dəstəkləmişdir.

Esmira ŞÜKÜROVA













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru