PREZİDENT LEX KAÇİNSKİ FACİƏSİ, "CƏHƏNNƏMƏ ENİŞ".

8-06-2026, 08:14           
PREZİDENT LEX KAÇİNSKİ  FACİƏSİ, "CƏHƏNNƏMƏ ENİŞ".
(araşdırma-təhqiqat yazsı).
2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin, hökumət üzvləri və həyat yoldaşının Rusiyada, Smolensk aeroportu səmasında faciəli təyyarə qəzası üzrə təhqiqat apardım. Bu məqsədlə də Smolenskdəki qəza yerinə baxışla, Moskva və Varşavaya əlaqədar orqanlara sorğulu səfərim oldu. (fb üçün uzundur, həm kitab çapı üçündür, maraqlı da olsa. Maraqlı olmayan oxumasın).
Lev Kaçinskinin ölümü müəamması...
2010-cu ilin ən ağır faciəsi, Polşa prezidenti Lex Kaçinski təyyarəsinin Rusiya, Smolensk səmasında ağır qəzası baş verdi. Bütün sivil dünya Polşa prezidenti, onun xanımı, dövlət rəhbərliyi də daxil olmaqla 96 şəxsin faciəli ölümünü şok halında, məyusluqla qarşıladı.
Və hadisə ilə bağlı təhqiqat aparan Rusiya və Polşa istintaqının fərqli nəticələri ortaya çıxır.
Rusiya öz qəza məsuliyyətindən imtina edir...
Polşa prezidenti də daxil olmaqla, dövlətin rəhbər şəxslərinin təyyarə qəzasının üstündən illər keçməsinə baxmayaraq, bu iş müəmmalı qalır. Bu faciəni araşdıran Polşa və Rusiyanın istintaq komissiyaları əsla vahid nəticəyə gələ bilmirlər və mübahisəli qalırlar. Səbəb nədir?
Səbəb, itkinin, faciənin böyüklüyündə və bu məsuliyyəti üzərinə götürmək narahatçılığıdır. 2010-cu ildə, Polşa kimi böyük bir dövlətin prezidenti başda olmaqla, bu dövlətin əksər rəhbər elitası bu təyyarə qəzasında həlak olub. Bir dövlətin başına gələ biləcək ən ağır tarixi hadisədir. Qəza həm də, başqa bir dövlətin, Rusiyanın ərazisinə səfər zamanı baş verdiyi üçün məsələ ziddiyyətlidir. Əsas ziddiyyətsə ondadır ki, Polşa tərəf həmin qəzada ağır hava şəraitindəki enişdə öz təyyarə ekipajının səhvi oldugunu qəbul etsə də, Smolensk aeroportu dispetçer idarəçiliyinin, yəni Rusiya tərəfinin əsas günahı olmasını iddia edir. Rusiya tərəfi isə, bu faciədə hər hansı günahı üzərindən atır, qismən belə üzərinə məsuliyyət götürməkdən imtina edir. Həm, məsuliyyəti Polşa tərəfə atır.
MDB Dövlətlərarası Aviasiya Komitəsi
(MAK) və Moskvadan gələn təsir, sifariş...
Təəccüblüdür ki, eyni bir təyyarə qəzasının araşdırmasını iki qonşu dövlət ayrılıqda aparır. Maraqlıdır, niyə? Bu sual isə, əslində Rusiya rəhbərliyinə ünvanlanmalıdır. Bu qəzanın ilk əvvəlindən işin araşdırılmasını əslində, birgə komissiya aparmalı idi... Ancaq, Rusiya məhz, ilk əvvəldən bu araşdırmaya xüsusi ehtiyatla yanaşıb. Onu Dövlətlərarası Aviasiya Komitəsi (rusca-MAK) adlanan quruma tapşırdı, Polşa tərəfindən bir-iki nümayəndə, yəni müşahidəçi qismində cəlb edildi yalnız. Komitənin işi isə, müstəqil yox, Rusiya Prokurorluğu və İstintaq Komitəsinin istintaqı nəzdində aparıldı. Hadisə yerindən götürülən bütün dəlil sübutlar, şahidlər Rusiya tərəfdə qaldı. Və yalnız, 6 aydan da cox araşdırma sonrası, Rusiya tərəfi özünün yekun nəticəsini elan etdi: Rusiya yox, Polşa təsirlidir!
Dövlətlərarası Aviasıya Komitəsi-DAK (MAK) bəzən də Beynəlxalq Aviasiya Komitəsi kimi səslənir. Ancaq, rəsmi adından göründüyü kimi bu, yalnız 11 postsovet MDB respublikası arası təşkilatdır. 1991-ci ildə yaradılıb, əsasən MDB məkanındakı aviasiya hadisələrini araşdırır. Komitə Moskvada yerləşir, əksəriyyət rusiyalı mütəxəssislərdən ibarətdir və Moskvanın da istək və tapşırıqları üzrə fəaliyyətini göstərir.
Moskvaya səfərdə bu Komitədə oldum və bəzi üzvləri ilə söhbət etdim. Belə məlum oldu ki, Komitə Rusiya hökuməti tərəfdən təmin olunur və ondan asılıdır. Komitənin fəaliyyətini dəqiq təhlil etdikdə, onun bu illərdə işi ancaq, Rusiya istehsalı olan təyyarələrin qəzasında defekt və nasazlığı ört-basdır etmək və qəzalarda günahı ya insan (ekipaj), ya da hava şəraiti faktorunun üzərinə yönəltmək olub. Yəni, istənilən halda, Rusiya aviasiya texnikasının imici qorunubdur.
Burada qeyd edim ki, Rusiya səmasında raket ilə vurulub Qazaxıstan, Aktauda yerə çırpılaraq partlayan Azərbaycanın sərnişin təyyarəsinin hadisəsinin araşdırılmasını Rusiya həmin bu MAK-a tspşırılmasını təklif etdi, Azərbaycan hökuməti tərəf isə, təklifdən qəti imtina etdi...
Nədir, qəzaya əsas səbəb?
Bu hadisə barədə müstəqil araşdırma aparıb, müxtəlif səfərlər etmiş şəxs kimi Lex Kaçinski təyyarəsi qəzasında, faciısindəkı əsas səbəbi nədə görürəm? Bunun detallı izahına varaq.
Belə qənaətdəyəm ki, Lex Kaçinski və onun rəhbərlik etdiyi dovlət rəhbərlik elitası məhz, o vaxtkı Polşa və Rusiya dövlət hakimiyyətləri arasındakı kəskin siyasi ziddiyyətin qurbanı olub. Bunu yəqin etmək üçün, bu məsələnin texniki tərəfindən tutub siyasi tərəfinə doğru getmək lazımdır. Və bu istiqamətdə gedək...
10 aprel 2010-cu ildə, kəskin dumanlı şəraitdə prezident təyyarəsini idarə edən ekipajın səhvi və pilot kabinəsinə girib onun işinə müdaxılə edən yüksək ranqlı hərbçi nümayəndələrin də səhvləri var, bu danılmaz həqiqətdir. Ancaq bu hal bilavasitə qəzanı yaradan səbəb deyil. Ən əsas və bilavasitə qəza səbəbi Rusiya tərəfdir.
Qəzada, təyyarəni qəbul edən Smolensk hərbi aerodromunda rusiyalı dispetçerlərin həmin an davranış hərəkətləri səbəbdir. Ancaq araşdırma zamanı daha əsas səbəb, dispetçerlərin işinə “yuxarıdan” mütəmadi olaraq komandanlıq və onlara da lap "yuxarı" Moskvadan daima təsir, təzyiq olunduğu məlum olur. Bu isə, aviasiyada qəti yolverilməz sayılır. Yəni, şübhələr Rusiya tərəfin daha da yuxarı yüksək qatlarına yönəlir.
Bu qəzada, qeyd etdiyim aeroport dispetçerləri və ümumi Rusiya rəhbərliyinin baiskarlığını nə dərəcədə həlledici qiymətləndirərmək olar?
Dispetçer məntəqəsinə təzyiq...
Dispetçer oyunu: “Özünüz baxın,
istəyirsiz enin, istəmirsiniz, yox!”
Dumanlı hava şəraitində təyyarənin enməsi idarəçiliyi aeroportdakı dispetçer komandası üzərinə düşür. Yəni, bu vaxt təyyarə tamamilə dispetçerin hərəkəti, və ya hərəkətsizliyindən asılı qalır. Təyyarəni isə, məhv etmək üçün onu mütləq deyil ki, “Buk" və s. tipli raketlə, ya qırıcı təyyarə ilə vurub salasan. Başqa yollər də var.
Bilirsiniz, dinc məqsədlə yaradılan bir sərnişin təyyarəsinin özü, bəzi halda dəhşətli bombaya çevirlir. Bunun üçünsə onun, sadəcə təyinatını qəzalı tərəfə yönəltmək lazımdır, dağa, binaya, ya yerə dəyir, bombadan pis partlayır. Bunu isə ya pilotlar, (onları məcbur edən terrorçular), ya görünməz dumanlı havada şəraitində yerdəki idarəçi dispetçerlər, ya bilərəkdən qəsdən, ya, səhlənkarlıqdan, ya onlara təzyiqdən edə bilər.
Konkret fakt yazılar, şahidlər göstərir ki, həmin vaxt dispetçerlər daima yuxarı komandanlığın Moskvadan əmrlərin təzyiqi gərginliyində olub. Nəzərə alsaq ki, Smolensk aeroportu da hərbi statusludur, dispetçer və bütün qulluq personalı hərbçidir, (özüm gedib görüb, söhbət etmişəm) onlarin həmin qəza anında bütün fəaliyyətinin hərbi komandanlığın və oradan da düz Kremlin nəzarəti və diktəsi altında olub, faktlarla təsdiq olunur. Dispetçer o an yalnız əmr yerinə yetirib.
Beləliklə, sxem üzrə əvvəlcə, təyyarəni dumanlı şəraitdə başqa yaxın hava limanına göndərmək əvəzinə bildirirlər ki, enin, aşağıda görüntü tam aydındır. Son anda isə, çətin, görünməz duman şəraitində geriyədönməz enişdə enən pilotlara “yuxarıdan” gələn etinasız sərt əmrlə prezident təyyarəsinin pilotlarına aviasiya tarixində əsla görünməmiş absurd qərar söyləyibər: "Özünüz baxın də, istəyirsiniz enin, istəmirsinizsə, yox!”
Bunu, araşdırma zamanı Smolenskdəki həmin “Severniy” adlı hərbi aerodrom yerləşən hərbi şəhərcikdə əlaqəli hərbçi zabitlərlə söhbətdə yəqin etdim. Bu, təyyarəni qəzaya gətirməkdir. Gətiriblər də!! Pilotlar duman içində "qlisada", yəni enişin trayektotiyasını aşağıdan götürür, eniş xəttinə çatmamış meşəyə giirib, hündür ağaclara dəyir, müvazinəti itirir, aşır, partlayır.
Hadisənin, ipin ucu Müdafiə Nazirliyi, Moskva və Kremlə çıxırsa, demək burda faciənin dərin kökü, əsl səbəbi var, siyasidir. Bunu araşdıraq.
Dəvətsiz qonaq və bunu
həzm edə bilməyən Putin.
Faciənin siyasi səbəbinə vardıqda, həmin dövr Polşa və Rusiyanpn rəhbərliyi arasında kəskin ziddiyyətlər, siyasi qarşıdurmalar ortaya şıxır.
Moskva, daha konkret isə, Putin həmin zaman Kaçinskinin Smolenskə səfərinin qəti əleyhinə idi. Niyə? Putin Konstitusiya üzrə prezidentliyi müvəqqəti Medvedyevə vermişdi. Prezidentlik üçün bərk darıxırdı. Baş nazir vəzifəsində olsa belə, güc strukturları öz əlində idi və çox vaxt ölkəyə birinci şəxs manevrlərini edirdi. Rusiya və dünya ictimaiyyəti gözündə qalmaq fikri ilə. Bəzən də prezidentə aid tədbirləri özü aparırdı.
Digər tərəfdən, 1940-cı ildə SSRİ NKVD (KGB)- si tərəfdən Smolensk yaxınlığında Katın kəndi ərazisində qətlə yetirilmiş minlərlə polşa zabiti faciəsinin 70 illiyinin anımı kimi yüksək tədbirə Polşa nümayəndə heyəti qəbulunu də Putin özü aparmaq fikrinə düşür. Belə yüksək tədbir hər iki ölkənin prezidenti tərəfindən aparılmalı idi.
Ancaq, Putin baş nazir olaraq tədbiri Polşanın o zamankı baş naziri Tuskla aparmaga qərar verir və onu şəxsən Rusiyaya, Smolenskə.dəvət edir.
Niyə? Əvvəla, Putin o zaman baş nazir olmaqla, ona Polşanın prezidenti deyil, baş naziri ilə bu, beynəlxalq çaplı mərasimi.qeyd etmək istərdi.
Digər tərəfdən, o dövr Polşaya rəhbərlik edən barışmaz demokrat Lex Kaçinski artıq, Putinin apardığı siyasət əleyhinə kəskin çıxışlar edirdi. 2008-ci ildə isə, Rusiya hərbisinin Gürcüstana hücumu zamanı Saakaşvilini açıq dəstək üçün xüsusi reyslə Tiflisə gəlmişdi. (Atəş altındakı Tiflisə eniş mümkün olmayanda, Azərbaycan hökumətinin dəstəyi ilə Gəncə hava limanına enib, oradan da, maşınlarla Tiflisə getmişdi). O zaman Kainskiyə onun Saakaşvilini bu dəstək səfərindən Putin bərk hiddətli, həm qisaslı idi.
Və həmin zaman baş nazir Tuskla prezident Kaçinski arasında da müəyyən soyuqluq vardı. Görünür ki, Tusk Rusiyaya, Smolenskə səfərini prezidentlə heç, razılaşmadan etmişdi. Buna görə Putinlə Tuskun birgə, Katındakı yadetmə mərasimindən bir neçə gün sonra, prezident Kaçinski qəflətən, dəvətsiz, qeyri-rəsmi olaraq xanımı və bütün Polşa rəhbər elitasını götürüb, Smolenskə, Katın faciəsin yadetməyə getmək qərarı verdi. Görünürdü ki, Polşanın çox vacib milli-mənafe səviyyəli bir tədbirindən kənarda qoyulması Kaçinski kimi, səmimi, vətənpərvər prezidentə bərk toxunub. Həzm edə bilməyib.
Belə bir hal, dövlətlərarası münasibətlərdə heç görünməyən təəccüblü bir hadisə idi. Təbii ki, Kaçinski prinsipiallığı və inadkarlığı hirs-hikkəli Putində qıcıq yaratmalı idi. Və Kaçinski onun gözündə, hakimlik etdiyi məkana dəvətsiz və özbaşına gələn və bununla da, onun az əvvəl, Rusiya dövləti yüksək şəxsi adından keçirtdiyi təntənəli tədbiri heçə endirən arzuedilməz bir şəxs idi. Kaçinski isə, ürəyi təmiz, sadə adam, səhv edib getdi. Faktiki, Cəhənnəmə eniş etdi.
Hətta, o zamanı prezident Medvedyev belə, Putinin təzyiqi altında qalaraq, Moskvadan cəmisi 300 km aralıdakı Smolenskə gələrək, qonşu ölkənin prezidentini qarşılamağa cürət etməmişdi. Görün indi, bu hikkəli ağır siyasi atmosferdə yazıq Smolensk aeroportu hərbçi dispetçerləri və onların hərbi rəhbərləri hansı “kapriz” və qəzəbin təzyiqi altında olublar! Və nələr baş verib, Lex Kiçinski gəlişi xaosunda!
Nəticə
Polşa prezidenti Lex Kaçinskinin təyyarəsini qəbul edən dispetçer komandası daimi təzyiq və qorxu altında, Moskvadan gələn əmrlərlə çaşqın və qeyri-müəyyən vəziyyətdə olub. Və Smolensk dispetçerləri, aeroportu rəhbərliyi Moskvanın sərt tapşırıqları icrası ilə hərəkət etməklə, enişə qeyri-uyğun dumanlı şəraitdə təyyarəni əvvəl enişə qəbul edib, son an, geri dönüş mümkünsüzlüyü anı təyyarə pilotlarını anlaşılmaz çaşqın, qəzalı vəziyyətə salıblar.
Moskvanın sonradan iddia etdiyi kimi, guya dispetçerlərin pilotlara hava şəraitinə görə əlavə ehtiyat aeroporta enmə təklif etməsi və pilotların tabesizlik göstərərək mütləq enmə cəhdi məsələsi absurddur. Aviasiya tarixində ola bilməz ki, qəbul edən aeroport qəti “yox” dediyi halda, hətta açıq havada belə təyyarə bunu iqnor edib eniş etsin. Belə şey əsla ola bilməz! Mümkün deyil, çünki bu, bir qanundur.
Lex Kaçinski təyyarəsi dispetçerlər vasitəsilə enişin mümkün olmadığı çətin dumanlı hava şəraitində, son eniş anınadək yaxına gətirilib, ən son anda isə, pilotlara “özünüz qərar verin” deyilərək, prezident təyyarəsi talenin ümidinə buraxılmışdır. Nə deməkdir bu? Arzuedilməz qonaq olan L. Kaçinski təyyarəsinin oynadılıb, çaşdırılıb, tələyə salınlb da məhv edilməsi və sonra isə, tamamilə sudan quru çıxmaq üçün, xüsusi xidmət orqanlarından ötrü əla təxribat metodudur! Rahat işdir və bu metodda “BUK" raketi atəşi, beynəlxalq qınaq, skandallara da ehtiyac olmur. Çətin sübutlu qəsd. Vəssalam.
P. S.
Ümumiyyətlə, kriminologiyada istər dələduz, ya oğru, istər pedofil ya seksual təcavüzçü, istərsə də killer, ya terrorçunun öz cinayətini törətmək üçün, uyğun, işlənib sınaqdan çıxmış "metod", üsulu olur bir qayda olaraq. Və bəzi terrorçular üçün də öz əməlini həyata keçirmək üçün ona uyğun və ona rahat gələn sevdiyi üsulu təyyarə partlatmaqdır. Ya göydə vurur, ya da təyyarəni içindın partlayıcı ilə partladır, ya da yanlış yerə yönəldir, endirir, içi tonlar yanacaq dolu təyyarə sərt zərbədən bombadan da bərk partlayır. Hər şey dağılır, (içindəki hədəf şəxslər də), izi-tozu itir, indi gəl sən buna bunu sübut et. Vəssalam.
Bu haqda ilsiləvi yaxın tarixli faklar bunlardı:
1. 10 aprel 2010. Rusiya, Smolensk hərbi aeroportuna yanlış etdirilməklə Polşanın prezidenti, Lex Ksçinski təyyarəsinin qəzası. Prezident, onun həyat yoldaşı və ekipajlı 96 nəfər ən yüksək dövlət rəsmilərinin ölümü.
2. 17 İyul, 2014. Malayziya Hava Yollarının Boeing 777-200 ER sərnişin təyyarəsinin Ukraynanın Rusiya işğallı Donetsk vilayəti səmasında rus raketilə vurulması, 298 ölüm.
3. 23 avqust, 2023. Rusiyamln, Tver vilayəti səmasında ÇVK "Vagner" hərbi qruplaşması komandiri, Putinin keçmiş dostu və sonrakı düşməni Yevgeniy Priqojinin təyyarəsinin içəridən, qurğu ilə partladılması. 10 nəfərin ölümü: Priqojin və onun hərbi komandirləri.
4. 25 dekabr 2024. Azərbaycan Hava Yollarına məxsus "Embraer E190" sərnişin təyyarəsinin Rusiya, Qroznıy səmasında əvvəl, CPS-i tam söndürülür, eniş edin deyilir, təcrübəli pilot nə isə şübhəli CPS-siz və dumanlı şəraitdə enişin qəzalı tələ olacağını duyub, enişi etməyəndə, təyyarə raketlə vurulur, yaralı təyyarəyə digər yaxın hava limanlarında təcili eniş imkanı da verilmir, təyyarə havada oyuna salınır, Aktau tərəfdə yerə çırpılıb partlayır... 38 nəfər ölüm.
5. 11 noyabr 2025. Türkiyənin "Lockheaed C-130 Hercules" hərbi təyyarəsinin Gürcüstan səmasında Azərbaycan sərhədi yaxınlığında Rusiya raketi ilə vurulma şübhəli parçalanıb, yerə düşüb partlaması. 20 nəfər Türkiyə hərbi qulluqçusu ölümü.
6. 20 oktyabr 2014. Moskva, Vnukovo hava limanından qalxan Çessna tipli kiçik şəxsi, Total neft-qaz şirkəti sahibi milyarder K. de Marjetiyə məxsus təyyarənin qar təmizləyən maşınla toqquşdurulub, müavinlərilə birlikdə məhvi.
7. Siyahının davam etməməsinə təminat yox.
Ilqar Altay
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru