“ŞAH” adlı almaz rus çarına Tehrandakı qətliamı unutdurdu...

Bu gün, 00:01           
“ŞAH” adlı almaz rus çarına Tehrandakı qətliamı unutdurdu...
Tarix dərsliklərindən sizə yaxş məlumdur ki, 30 yanvar 1829-cu ildə Tehranda Rusiya səfirliyinin əməkdaşları bir qrup təxribatçı tərəfindən qətlə yetirilib. Səbəbkar- iki təxribatçı erməni qadını olmuşdu. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub.
Söhbət təlcə bundan getmir.
Bəs gəlin görək Rusiya imperiyasının rəhbərliyi bu məsələyə necə münasibət göstərdi və nəticə necə oldu?
Tehran səfirliyində baş verən qətliam əvvəlcə ciddi diplomatik qalmaqala səbəb oldu. Bir il öncə biabırçı Türkmənçay sazişini bağlamış İran rusların yeni hədəfi oldu. Fətəli Şah qorxudan tez əl-ayağa düşdü, Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xosrov Mirzəni Sankt Peterburqa bir növ girov göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Xosrov Mirzənin Rusiya imperatoru I Nikolaya təqdim etdiyi saysız-hesabsız zəngin hədiyyələr arasında məşhur, qiyməti milyardlarla ölçülən 88,7 karatlıq "Şah" almazı – brilliantı da var idi. Yeri gəlmişkən, həmin almaz 1450-ci illərdə Hindistanda (Qolkonda mədənlərində) tapılmışdır. Bu tarixi incəsənət əsəri günümüzdə Rusiyanın Almaz Fondunda (Moskva Kremli) nümayiş etdirilir. Mütəxəssislər ona qiymət qoya bilmir, qiymətsiz hesab edir. Çünki dünyanın ən qiymətli- brilliantının-almazın qiyməti milyardlar dəyərindədir. Amma misal olaraq deyim ki, almazın 1 qramının 10 min dollaracan qiymətləndirilir.
Haqqında haqlı olaraq əfsanələr dolaşan almazı görəndə necə deyərlər Rusiya Çarının gözü kəlləsinə çıxdı. I Nikolay – Xosrov Mirzədən almazı qəbul edərkən çox məmnun oldu, baş verən qətliamı unutdu və sevincək dedi: "Mən bundan sonra faciəli Tehran hadisəsini əbədi unudacagam".
Фируз Мустафа
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru