İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər: maaşı ödəməkdən çox, maaşın niyə hələ ödənilmədiyini izah edə biləcək struktur yaratmaq.

Bu gün, 00:12           
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər: maaşı ödəməkdən çox, maaşın niyə hələ ödənilmədiyini izah edə biləcək struktur yaratmaq.
Optimallaşdırma, təşkilati sağlamlaşdırma, və s.yollarla kütləvi ixtisarlar aparan (əsasən aşağı kateqoriyalı işçiləri) SOCAR və Azəriqaz İB sahə üzrə müvafiq şəxs(qurum)!
İşçi bilmək istəyir ;-İdarəetmənin inkişafı dediyiniz budurmu?
Vaxtilə Azəriqaz İB-də cəmi bir Mühasibatlıq şöbəsi var idi. Nə qədər qəribə olsa da, əmək haqqı hər ayın ilk 3 iş günü ərzində əməkdaşların hesabına köçürülürdü.
İndi isə maliyyə sahəsində aşağıdakı möhtəşəm struktur fəaliyyət göstərir:
• Maliyyə Planlaması və Təhlili Departamenti
• İqtisadiyyat və Uçot Departamenti
• Mühasibat Uçotu Şöbəsi
• Maliyyə Nəzarəti Şöbəsi
• Maliyyə Hesabatları Şöbəsi
• Əmək Haqqının İdarə Olunması Şöbəsi
• Büdcə və Planlama Şöbəsi
• Xəzinədarlıq Şöbəsi
Adlara baxanda adam düşünür ki, burada əmək haqqı yox, ölkə iqtisadiyyatının taleyi idarə olunur.
-Maliyyə Planlaması və Təhlili Departamenti planlayır,
- İqtisadiyyat və Uçot Departamenti hesablayır,
-Mühasibat Uçotu Şöbəsi uçota alır,
-Maliyyə Nəzarəti Şöbəsi nəzarət edir,
-Maliyyə Hesabatları Şöbəsi hesabat hazırlayır,
-Əmək Haqqının İdarə Olunması Şöbəsi əmək haqqını idarə edir, -Büdcə və Planlama Şöbəsi büdcəni planlayır, Xəzinədarlıq Şöbəsi isə xəzinəni idarə edir.
Bütün bunlardan sonra sadəcə bir sual qalır:
Maaşı kim verir?
Çünki bir vaxtlar bunu cəmi bir Mühasibatlıq şöbəsi bacarırdı.
Görünür, struktur böyüdükcə maaş da, departamentlər və şöbələr arasında elə bir marşruta düşüb ki, əməkdaşın kartına çatana qədər bir neçə mərhələdən, razılaşdırmadan, təhlildən, hesabatdan və nəzarətdən keçməli olur.
Nəticədə əvvəllər bir şöbənin 3 günə gördüyü işi indi iki departament və altı şöbə birlikdə həyata keçirir. İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər: maaşı ödəməkdən çox, maaşın niyə hələ ödənilmədiyini izah edə biləcək struktur yaratmaq.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru