Zəngəzur dəhlizi: proses sürətlənir… bəs biz haradayıq?
Bu gün, 07:25
Ermənistan açıq danışır. Baş nazir Nikol Paşinyan deyir ki, ABŞ-la TRIPP layihəsi üzrə əməkdaşlıq sürətləndirilməlidir. Sənəd artıq imzalanıb. Ratifikasiya gedir. Və ən vacibi — gözləmək istəmirlər. ABŞ nə edir? Layihə üçün maliyyə fondu yaradır. 2,5 milyard dollarlıq investisiya paketinin içində bu xətt də var. Ən diqqətçəkən detal: 49 il müddətinə layihənin idarəsi. Və plan belədir: 74% — ABŞ 26% — Ermənistan Bu nə deməkdir? Bu, sadəcə yol deyil. Bu, nəqliyyat, ticarət və region üzərində nəzarət layihəsidir. Başqa sözlə: Cənubi Qafqazın gələcək xəritəsi çəkilir. İndi əsas sual: Zəngəzur dəhlizi açılırmı? Yoxsa başqa ad altında, başqa formatda artıq açılır? Çünki reallıq budur: Proses dayanmayıb. Sadəcə istiqamət dəyişib. Ən vacib sual isə budur: Bu prosesdə Azərbaycan hansı roldadır? Oyun qurandır? Yoxsa qurulan oyunun içindədir? Cavablar yaxın aylarda daha aydın görünəcək. Amma bir şey artıq aydındır: Regionda yeni mərhələ başlayır. Elbeyi Hesenli TEREF