Görünən odur ki, Zümrüd Yağmurun ədəbi fəaliyyətində bir qram yağmur yoxdur, əksinə, bu fəaliyyət qup qurudur.
Dünən, 00:08

Azərbaycan ictimai-siyasi həyatında fəaliyyətlərinə görə birmənalı qarşılanmayan, müəyyən qədər mübahisə doğuran xanımların sayı çox olmasa da, var.
Doğrudur, məsələn, Günel Mövlud kimisinin olmağındansa, olmamağı daha yaxşıdır, ancaq necə deyərlər, elə həm də olanımız budur.
Bu azlığın içində fərqlənənlərdən biri də məhz elə Zümrüd Yağmurdur.
Di gəl, bu fərqlənmə özü də bir qədər fərqlidir.
Mən deyərdim, Allah kəssin belə fərqlənməyi.
İctimai-siyasi fəaliyyəti müzakirələrə səbəb olan digər azsaylı xanımlardan fərqli olaraq, Zümrüd Yağmurun ictimai-siyasi fəaliyyəti müzakirəyə yox, qeybətə səbəb olur. Çünki müzakirə üçün çox da ciddi bir iş, fəaliyyət yoxdur.
Maraqlı bir məqam odur ki, Zümrüd Yağmurun iddiası yazıçılıq olsa da, mahiyyəti həmişə siyasətdə olub. Daha dəqiq, o, öz istedadsızlığı siyasətlə gizlətməyə çalışıb. Bu isə köhnə, ancaq artıq işləməyən bir fənddir.
Mənə elə gəlir ki, onun siyasi fəaliyyətindən çox da danışmağa dəyməz. Yəni daha dəqiq, heç nəyi, heç bir şəkildə Zümrüd Yağmura izah etmək mümkün deyil.
Ancaq məsələn, mənə o da maraqlıdır ki, doğrudan ölkədə Zümrüd Yağmuru müxalifətçi xanım, lap daha dəqiq, müxalifətçi yazıçı kimi qəbul edənlər varmı?
Zümrüd Yağmur yazıçı olaraq ümumiyyətlə mövcud olmadı. Çünki onun heç bir yazıçılıq istedadı, intellekt bazası yox idi. Cəmi bircə mətni belə tutmadı bu ölkədə.
Zümrüd Yağmurun yazıçılıqla məşğul olması bir az da feminizm ideologiyasına hesablanan məsələdir. Əlbəttə, bu da özlüyündə köhnə və elə artıq işləməyən fənddir.
Bu fəndi işlətməklə pul da qazanmaq olar, özünə bir siyasi imic yaratmaq da, ancaq yazıçı olmaq mümkün deyil. Olsaydı, elə Günel Mövlud olardı. Ancaq zaman göstərdi ki, Günel xanımın içindəki müstəsna istedadsızlıq, lazer üzü görməyən Fatmanisəlik, tüklü Mamed sevgisi ona yazıçı olmağa, bəşəriləşməyə imkan vermədi.
Bəlkə də, Zümrüd Yağmur Günel Mövludun Azərbaycan filialı olmaq istəyirdi. Ancaq çox şükür, alınmadı. Çünki Günel Mövlud nə qədər istedadsız olsa da, heç olmasa, bir-iki misrası var. Zümrüd xanımda isə heç bu da yoxdur.
Bir sözlə, konkret desək, Zümrüd xanımı bir siyasət adamı kimi görmək mümkün deyil, mümkün olduğu halda isə düz deyil.
Məsələn, Azərbaycanda həm siyasətlə, həm də ədəbiyyatla məşğul olan, hər iki fəaliyyətindən müsbət və mənfi danışmaq mümkün olan xanımlardan biri də Səadət Cahangirdir. Nə deyirsən, nə edirsən et, Səadət xanımın mübarizəsi aydın, şübhəsiz ortadadır.
İndi Səadət Cahangir də müxalifətçi şairdir, Zümrüd Yağmur da?
Başqa bir məsələ, bu günə qədər kimsə kiminsə Zümrüd Yağmur oxuduğunu, oxuyub haqqında yazdığını, danışdığını görüb? Hansısa intellektual mühitdə Zümrüd Yağmur yaradıcılığından söhbət açılıb?
Nəinki oxucu, Zümrüd Yağmur heç ədəbi mühit, elita arasında da müzakirə edilməyən bir adamdır. Bu ölkədə onun maraqlı gəldiyi nəinki oxucu, heç başqa bir yazıçı da yoxdur.
Mənə elə gəlir ki, Zümrüd Yağmuru heç zamanında Fuad Qəhrəmanlı da oxumayıb.
Zümrüd xanım ixtisasca filoloq olsa da, mahiyyətcə belə deyil.
Məsələn, əgər o həqiqətən də filoloq olsaydı, üstəlik, yazıçı istedadı olsaydı, Xocalı faciəsinə həsr olunmuş, Qarabağda yaşanan faciələri təsvir edən kitabına "Yağış Qadın" adını qoymazdı.
Bəlkə də, kənardan adi görsənər, ancaq bir kitaba, mətnə “Yağış qadın” adı qoymaq müstəsna istedadsızlığı göstərən əsas amildir. Bir yazıçının ağlına belə ad gəlirsə, əlinə qələm almamalıdır. Bu elə bir addır ki, doğrudan da yağış qadın mövcud olsa, bulud kimi dolar, qaralar, ancaq qəsdən yağmazdı.
Yaxud digər bir əsəri olan “Ölkə adı: 22".
Bu əsər çap olunanda iddia bu idi ki, Azərbaycan ədəbiyyatında ilk distopik əsərdir. Guya bu roman Zümrüd Yağmurun digər əsərlərindən metafor zənginliyi və simvolizmin güclü istifadəsinə görə fərqlənir.
Hətta hadisələr dünyadan izole edilmiş bir adada, "Ağa" adlanan şəxsin qurduğu diktatura rejimi altında yaşayan insanların həyatından bəhs edir.
Üstəlik, deyilirdi ki, Zümrüd Yağmur bu əsərində ilk dəfə olaraq fərqli bir texnikadan istifadə edərək, obrazları oxucuya yazar təsvirləri və obrazların öz düşüncələri vasitəsilə yox, onların hərəkətlərində əks etdirərək, oxucuya hər obrazı öz pəncərəsindən şərh etmə imkanı tanıyıb.
Adama deyərlər, Zümrüd Yağmur nə bilir fərqli texnika nədir? O heç adi bir texnikanı bilir ki, fərqlisini də bilsin?
Əlbəttə, “Ölkə adı: 22”ni Azərbaycan ədəbiyyatında ilk distopik əsər adlandırmaq kifayət qədər iddialı fikirdir və bunu əsaslandırmadan təqdim etmək doğru görünmür.
Əgər belə bir iddia irəli sürülürsə, əvvəlki Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə aparılmalı və bu fərqin nədən ibarət olduğu göstərilməlidir.
Əsərin “metafor zənginliyi” və “simvolizmin güclü istifadəsi” də sadəcə hökm kimi səslənir.
Hansı metaforalar? Hansı simvollar? Onların bədii funksiyası nədir? Varmı bu məsələlərin bir izahı?
“Obrazlar hərəkətləri ilə təqdim olunur” fikri də yenilik kimi təqdim edilir. Ancaq boş söhbətdir. Bu sözü Zümrüd xanım özünə bir də təkrar eləsin. Obrazlar hərəkətləri ilə təqdim olunur. Necə yəni, hə, nə olsun? Nə demək istəyirsiniz?
Halbuki bu, dünya ədəbiyyatında da çoxdan istifadə olunan klassik “show, don’t tell”, yəni “göstər, nəql etmə” prinsipidir.
Bunun Azərbaycan nəsrində ilk dəfə tətbiq olunduğunu demək isə mümkün deyil.
Görünən odur ki, Zümrüd Yağmurun ədəbi fəaliyyətində bir qram yağmur yoxdur, əksinə, bu fəaliyyət qup qurudur. Bəlkə də, bu səbəb özünə belə təxəllüs, əsərinə də yağış zad deyir.
Orxan Saffari

