Xırdalığın zərafəti.

Bu gün, 07:24           
Xırdalığın zərafəti.
Çatlaqlar münasibətlərin, dostluğun, eləcə də elmin ən həssas və mühüm hissəsidir; təbiətin özü kimi. Məsələn, yağışın ən son, ən balaca damlası onun həcmini müəyyən edən son nöqtədir.
Dostluğun dərinliyini, sənə bağışlanan çiçək dəstəsinin ən gizli yerində gizlənən, kiçik hərflərlə yazılmış iki kəlmədən bilərsən.
Mənə görə, "sabahın xeyir"lərdə gizlənən xırdalıq "gecən xeyir"lərlə böyümür. Sənə səmimiyyət oyununu oynayan insanın adi üz cizgisi kifayətdir; məhz bu kiçik detal onun sənə olan əsl münasibətini bəlli edir.
Qocalığın ilk müjdəçisi qırışlardır. Göz ətrafından və ya əllərdən başlayır – çox xırda, çıqqılı, bapbalaca.
Maliyyə böhranlarının bünövrəsi qəpiklərlə qoyulur, lakin kiçik olduğu üçün fərq etmirik. Çünki xırda hadisələr, kiçik ziyanlar və nəzərə çarpmayan çətinliklər bizə əhəmiyyətsiz görünür.
Zəriflik kiçik jestlərlə, bir kəlməlik, bir hecalıq sözlərlə, dodaqların azca qaçması ilə yaranan o incə gülümsəmə ilə ölçülür. Çox nəsnə qəlbində sənə dünyaya sığmayacaq bir dostluq, sevgi bəsləyən adamın ani baxışında gizlənir.
Bəs böyük hadisələr?!
Onlar yoxdur, heç vaxt da olmayıb. Sadəcə, xırdalıqlar birləşib, bir-birinə zəncirvari bağlandı və böyük bir dairə yaratdı. Biz isə bütün bunların başımıza necə gəldiyini fərq etmədik...
Könül Nuriyeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru