ABŞ-də doqquz gün hamamda köməksiz vəziyyətdə qalmış 82 yaşlı qadın xilas olundu
Bu gün, 17:38
ABŞ-də 82 yaşlı qadın hamamda uzun müddət köməksiz vəziyyətdə qalmasına baxmayaraq, möcüzə nəticəsində sağ qalıb.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, vannaya yıxılan yaşlı qadın təxminən doqquz gün kömək gözləyib.
Onun sözlərinə əsasən, belindən xəsarət aldığı üçün oradan təkbaşına çıxa bilməyib. Bu müddət ərzində o, vaxtaşırı özünə gələrək yarıhuşsuz vəziyyətdə qalıb.
Onun Corciya ştatında yaşayan qardaşı bacısının zənglərə cavab verməməsindən narahat olub və qonşulardan evi yoxlamağı xahiş edib.
Hadisə yerinə gələn polis əməkdaşları qadını vanna otağında aşkar ediblər.
Qadın onlara bildirib ki, kömək çağırmağa çalışsa da, səsini eşidən olmayıb. Daha sonra o, su içmək məqsədilə ayağı ilə krana açmağı bacarıb.
Hazırda xəstəxanada olan ABŞ sakininin vəziyyəti yaxşılaşmağa doğru gedir və o, Corciya ştatındakı ailəsinin yanına köçməyi planlaşdırır.