“AccessBank” ÇÖKÜRMÜ: YOXSA? - NƏ BAŞ VERİR?
Bu gün, 17:49

“AccessBank” 2026-cə ilin ilk yarımillik hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın hüquqi şəxslərdən topladığı əmanətlərndə azalmalar olub.
Kommersant.az xəbər verir ki, “AccessBank”ın fiziki şəxslərdən topladığı əmanətlər ötən ilin sonu ilə müqayisədə 819 min manat artaraq 894 milyon 13 min manata yüksəlib. Amma bankın hüquqi şəxslərin əldə etdiyi depozitlərin həcmi 20.3 faiz və ya 48 milyon 579 min manat azalaraq 190 milyon 615 min manata düşüb. Buna görə də bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 47 milyon 753 min manat və ya 4.2 faiz azalaraq 1 milyard 84 milyon manata enib. Bu azalma bankın öhdəliklər cəminə də təsirsiz ötüşməyib. “AccessBank”ın cəmi öhdəlikləri altı ay ərzində 13 milyon 918 min manat və ya 0.9 faiz azalıb.
AccessBank
2026 (II Rüb)
2025 (IV Rüb)
Fərq
Cəmi Öhdəliklər
1.523 740
1.537,658
-13 918
Depozit
1.084 628
1.132,381
-47 753
Fiziki şəxslərin depozitləri
894 013
893,187
819
Hüquqi şəxslərin depozitləri
190 615
239,194
-48.579

