RƏVAYƏT: Ürəyin iştirakı ilə ağıl zəkaya çevrilir.
Bu gün, 00:07

“BIR KƏNDIN KƏNARINDA IKI DILƏNÇI YAŞAYIRDI. BIRI KOR, DIGƏRININ AYAQLARI YOX IDI. TƏBII EYNI PEŞƏ SAHIBI DILƏNÇILƏR RƏQIB IDILƏR; EYNI INSANLARDAN DILƏNÇILIK EDIRDILƏR. ONLAR DOST DEYILDILƏR: DAIM BIR-BIRLƏRINƏ QƏZƏBLƏNƏR, DÜŞMƏN MÜNASIBƏT BƏSLƏRDILƏR.
Bir gün dilənçilərin yaşadığı ərazidə meşə yanğını baş verir. Meşə yanarkən iki dilənçi bir anlıq düşünürlər. Onlar düşmən olduqlarından bir-biri ilə belə danışmırdılar; amma indi gərgin vəziyyət yarandığında kor adam ayaqları olmayan adama səslənir: “Qaçışın yalnız bir yolu var. Səni çiyinlərimdə daşıyacağam. Sən mənim ayaqlarımdan istifadə edəcəksən; mən sənin gözlərindən istifadə edəcəyəm. Bu, bizim yeganə qaçış yolumuzdur.”
Çolaq adam dərhal başa düşündü. Ayaqları olmayan adamın yanan meşədən tez çıxması mümkün deyildi. Hər tərəf alov içində idi. O, müəyyən irəliləyiş əldə edə bilərdi, amma bu ona kömək etməzdi. Alovların içindən tez, hətta çox tez çıxmalı idi. Kor adam da çıxa bilməyəcəyinə əmin idi. O, yanğının harada olduğunu bilmirdi. "Yolun olduğu yeri, hansı ağacların yanıb-yanmadığı görə bilməzdi. Kor adam azardı." Amma hər ikisi ağıllı insanlar idi; düşmənçiliklərini kənara qoyub dost oldular və həyatlarını xilas etdilər.
Bu, bir Şərq təmsilidir. Mövzusu insanların zehninə və ürəyinə aiddir.
Bunun dilənçiliklə heç bir əlaqəsi yoxdur; insanlarla əlaqəsi var. Meşə yanğını ilə heç bir əlaqəsi yoxdur; insanlarla əlaqəsi var, çünki yanan insandır. İnsan hər an yanır, əzab çəkir və əzab içində inildəyir. Yalnız ağıl kordur. Ayaqları var, sürətlə qaça bilər, çox sürətlə səyahət edə bilər; amma kor olduğu üçün hansı yolla gedəcəyini bilmir. Buna görə də daim büdrəyir, yıxılır, özünə zərər verir və həyatın mənasız olduğunu düşünür. Həyat onlara mənasız görünür. Çünki onlar işığı kor ağılla görməyə çalışırlar. Bu mümkün deyil. İçəridən görən, hiss edən, amma ayaqları olmayan bir ürək var; amma qaça bilmir. Olduğu yerdə qalır, daim döyünür, gözləyir. Bir gün ağıl ürəyinin gözlərini anlayacaq və istifadə edə biləcək.
Etibar dedikdə, ürəyinizin gözlərini nəzərdə tuturam.
Şübhə dedikdə isə, ağlınızdakı ayaqları nəzərdə tuturam.
Bu ikisi bir araya gəldikdə, oddan da, hər cür şətinliklərdən də qaça bilər.
Amma unutmayın ki, ağıl ürəyi çiyinlərində qəbul etməlidir. Bunu etməyə borcludur. Ürəyin ayaqları yoxdur, yalnız gözləri var və ağıl ürəyi dinləməli və onun rəhbərliyinə tabe olmalıdır. Ürəyin iştirakı ilə ağıl zəkaya çevrilir. Bu, bir transformasiyadır; vahid enerji transformasiyasıdır. Bundan sonra insan sadəcə bir ziyalı deyil, həm də əsl müdrik olur.
Есмира Шукурова
TEREF

