Ginekoloq Ceyms Yang Simpson hər dəfə qadınların uşaq dünyaya gətirəndə şiddətli sancılardan qışqırdığını görür.
Bu gün, 12:54
O, doğum zamanı narkoz kimi xloformdan istifadə etməyi irəli sürür. Amma kilsə deyir ki, Tanrının hökmü var. Qadın övladlarını ağrı-acı içində dünyaya gətirməlidir. O, günahkar bəndədir. Rahiblər Simpsonu diri-diri yandırmaq istəyirdilər. Onun həyatını kraliçə Viktoriya xilas edir. 1853-cü ildə kraliçə Viktoriya şahzadə Leopoldu dünyaya gətirəndə ona xloformlu narkoz verilir. Bununla da, doğumlarda narkozun istifadəsi qanuniləşir. Ceyms Yang Simpson həmçinin xəstəxanada mamaçıların işləməsini müdafiə edir. O dövrün məşhur qadınları ginekoloji problemlərini bir tək Simpsona danışırdılar. Nəcəf Əsgərzadə