Baş nazir Nəsib bəy Yusifbəylini hansı şərəfsiz öldürdü?
13-08-2026, 09:54
1920-ci ildə Baş nazir Nəsib bəy Yusifbəylini Kürdəmir-Zərdab yolunda, meşə kənarında, çay dərəsində başını kəsib qətlə yetirirlər. Qarxunlu Əşrəf Tağıyevin bu hadisədə əlinin olması tamamilə mümkündür, çünki o, "ÇK" ilə, onun sədri Mircəfər Bağırovla birbaşa əlaqədə idi. Sovet işğal rejimi onu siyasi mühacirlər haqqında məlumat toplamaq üçün hətta Türkiyəyə də göndərmişdi. Ancaq Ə.Tağıyev, bir çox ifadələrdən də göründüyü kimi, bu işdə olsa-olsa xəbərverici və yönəldici rolunda iştirak edib. Qətli törədənlərsə generalları Bakıda güllələdənlər, Fətəli xan Xoyskini və Həsən bəy Ağayevi Tiflisdə şəhid etdirənlərdir - daha açıq deyək: Moskvaya nökərçilik edən Azərbaycan İnqilab Komitəsinin rəhbərləri Nəriman Nərimanov, Əliheydər Qarayev və Mirzə Davud Hüseynovdur. Nəriman Nərimanovun hələ gənclik illərindən Nəsib bəylə şəxsi ədavətinin olduğunu nəzərə alsaq bu işdə ondan daha çox şübhələnməyə haqqımız var. Prof. Ədalət Tahirzadə