Şeyxin deputat kürəkəninin də diplomu saxta çıxdı — FOTO

3-04-2023, 09:37           
Şeyxin deputat kürəkəninin də diplomu saxta çıxdı — FOTO
Milli Məclisin daha bir deputatının saxta diplomlu olması ilə bağlı şübhəli məqamlar üzə çıxıb.

Demokrat.az xəbər verir ki, sözügedən şəxs Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadədir (Milli Məclisin sabiq deputatı hacı Qalib Salahzadənin oğlu).

Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib. Ancaq özü də unudub ki, ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub.

Bəs əsası 1997-ci ildə qoyulmuş universitetə Əliabbas Salahzadə 1995-ci ildə necə qəbul olunub?

Buradan aydın olur ki, Əliabbas Salahzadə ya 2 illik ali təhsil alıb, yaxud da hansısa yollarla ABU-nun saxta diplomunu əldə edib.

Daha sonra Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində qeyd edir ki, o, 2002-ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində ikinci ali təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

Həmçinin, Əliabbas Salahzadə ABU-dan aldığı saxta diplomun hesabına 2002–2003-cü illərdə cəmi 12 aylıq hərbi xidmət çəkib.

Bildirək ki, 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Cavid Osmanovun orta məktəbi bitirdikdən sonra saxta diplom və hərbi bilet alması barədə Demokrat.az-da araşdırma yazı dərc olunub.

P.S Məsələ ilə bağlı deputat Əliabbas Salahzadə İnformasiya Sorğumuza cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru