Gəncənin xəstəlik mənbəyi olan küçələri - İTTİHAM FOTOFAKT

11-06-2016, 12:57           
Gəncənin xəstəlik mənbəyi olan küçələri - İTTİHAM FOTOFAKT
Bu şəkildə gördüyünüz hansısa bir ucqar kəndin küçələri deyil, bura Avropa Gənclər Paytaxtı Gəncə şəhərinin Xəqani kucəsidir...
Axan sular da dağ bulaqları deyil, illərdir küçələrlə axan, yağıntı olanda evlərə dolan kanalizasiya sularıdır.
Bu küçədə çirkabın, üfunətin, yoluxucu xəstəliklərin əlindən artıq yaşamaq mümkün deyil.
İmkanı olan-olmayan, evini dəyər-dəyməzə sata bilən-bilməyən hər kəs buradan köçüb canını qurtarmaq arzusundadır. Və artıq bu küçədə yaşayış olan evlərin sayı barmaqla ölçülür.
Çünki neçə illərdir bütün müvafiq qurumlara çoxsaylı müraciətlər edilsə, şikayətlər yazılsa da heç bir dəyişiklik olmayıb.
Gəncə rəhbərliyinin "şanlı" fəaliyyəti nəticəsində insanlar artıq öz şəhərlərində öz evlərindən, öz doğma ocaqlarından didərgin düşürlər...Gəncə- MİP
Gəncə İcra hakimiyyətinin fikirlərini dinləməyə hazırıq!
teref.az
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru