Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? -

Bu gün, 10:44           
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? -
Nurgün Qrup”un 160 min manata yaxın vergi borcu üzə çıxdı

Azərbaycanın ən iri şirkətlərindən biri olan “NURGUN GRUP” Məhdud Məsuliyyətli Müəssisəsinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu olduğu məlum olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, holdinqin hazırda 159 972.15 manat məbləğində vergi borcu yığılıb.

Əldə etdiyimiz son məlumatlara görə, hazırda Nurxan Əliyev şirkətdə yüksək vəzifə tutur. Hətta Nuru Əliyevin əsas işləri artıq oğluna təslim etdiyi və holdinqin idarəçiliyinin faktiki olaraq Nurxan Əliyev tərəfindən həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, Əsası 1994-cü ildə qoyulan Nurgün Şirkətlər Qrupu ölkədə avtomobil satışı (Nissan, Infiniti, Renault) ilə məşğuldur.

Xatırladaq ki, "Nurgün Motors"un sahibi tanınmış iş adamı Nuru Əliyevdir. Onun oğlu Nurxan Əliyev 2017-ci ildə paytaxtın Rəşid Behbudov küçəsində polisin qanuni "saxla" əmrinə məhəl qoymayaraq asayiş keşikçilərini təhqir etdiyi üçün gündəmə gəlmişdi. Məhkəmə qərarı ilə Nurxan Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilmişdi. Hadisədən sonra iş adamı Nuru Əliyevin oğlunu cəzalandırmaq məqsədilə onun lüks avtomobilini əlindən aldığı barədə məlumatlar yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru