Daha bir saxta həkim qalmaqalı - Katibə cərrahlıq edir? (VİDEO)

Bu gün, 00:07           
Daha bir saxta həkim qalmaqalı -
Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataş instaqram hesabında paylaşım edib.

Belə ki, paylaşılan videoda qadının klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür.

İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb.

Bildirilib ki, onun katibəlikdən özünü “cərrahiyəyə transfer etdiyi” iddia edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru