Kürdəmirlilər Mədəniyyət Nazirliyinə müraciət etdilər:"Siz kimi aldadırsınız?"

7-05-2018, 10:38           
Kürdəmirlilər  Mədəniyyət Nazirliyinə müraciət etdilər:"Siz kimi aldadırsınız?"
teref.az-nun poçtuna Kürdəmir sakinlərinin Mədəniyyət Nazirliyinə müraciəti daxil olub.
Müraciətdə deyilir:
Bizim şikayətimiz Mədəniyyət nazirliyinin Kürdəmir Regional Mədəniyyət idarəsinin işçilərindəndir. Aidiyyəti dövlət orqanlarının və mediyanın bizə bu işdə köməklik göstərməsini xahiş edirik.

Nazirlik olaraq vətəndaşlara çox gülməli cavablar verirsiniz. Kürdəmir Regional Mədəniyyət idarəsində gəlmə işçilər - Nazim Çıraqov, Saday Nəbiyev, Emin İbrahimov bu insanlar gəlib Kürdəmirdə 290 manat maaşa işləyirlər? Ev kirayəsi və digər xərclər.(Kürdəmir kimi kirayə evlərin baha olduğu bir rayonda) Siz kimi aldadırsınız? Bizi ya özünüzü? Siz bunlar barəsində tədbir görməyi bilmirisinizsə , biz Kürdəmir caamatı neyləmək lazım olduğunu çox gözəl bilirk. O insanların Azərbaycan ictimaiyyəti qarşısında əlləri qandallanıb gedəndə biz deyərik. Biz onların korrupsiya əməllərini sizə yox lazım olan yerə təqdim edəcəyik. Biz bu gəlmələri Kürdəmirdən rədd edəcəyik. Ona görə yox ki, onlar Kürdəmir caamatı deyil. Onların korrupsiya əməllərinə görə. Hələ onların etdiyi əxlaqsızlıqlar barədə ayrıca danışacağıq.
İndi gələk Elman Məmmədova . İdarənin baş mühasibi ilə əlbir olub dövlət büdcəsinin vəsaitlərini mənimsəməklə məşğuldur. Nazirlikdəki yüksək vəzifəli şəxsə arxalanan bu Elman təzəliklə Kürdəmir Mərkəzi kitabxanasının direktorunu işdən azad edibmiş. Guya işində nöqsanlar aşkar olunubdur. Əslində əsl məsələ bu sahəni də nəzarətə almaq məqsədilə öz bölgəsindən adam gətirib kitabxanaya direkror təyin etmək istəyir. Bütün aidiyyatı hüquq-mühafizə oraqnlarında təcili olaraq, Elman Məmmədov başda olmaqla yuxarıda adları çəkilən şəxslərin əməllərin aşkara çıxarılıb cəzalandırılmasını tələb edirik.
teref.az olaraq adları çəkilən şəxs və qurumların munasibətini işıqlandırmağa hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru