AZAL ŞEFİNİN ARVADI 31 MİLYONLUQ OTEL TİKDİRİB! – “Qrand Qloriya” gələn ay açılır

8-05-2018, 23:04           

Batumidə yeni beşulduzlu “Qrand Qloriya” oteli açılır. Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı iyuna planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.

Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib. Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.
AZAL ŞEFİNİN ARVADI 31 MİLYONLUQ OTEL TİKDİRİB! – “Qrand Qloriya” gələn ay açılır

\Yeddi il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya verilib. “Qloriya” şirkətinin 50,8 % payı Z. Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovlara məxsusdur. (Turan)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru