Rasim Məmmədov Bakıda zavoda hücum etdirdi: fəhlələr ayağa qalxdı – Fotolar

11-05-2018, 13:58           

Bu dəqiqələrdə Bakının Keşlə qəsəbəsində yerləşən “Bakı İnşaat Sənaye ASC”nin işçiləri zavod qarşısında aksiya keçirir. Hadisə yerində olan AzEuroNews.com əməkdaşının verdiyi xəbərə görə, işçilərin aksiyasına səbəb “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun bu zavodu qanunsuz olaraq ələ keçirməsidir.

İşçilər bildiriblər ki, zavodda istehsal xətlərinin sökülüb aparılması ilə bağlı məhkəmə qərar çıxarıb. Onlar hesab edirlər ki, bu qərar qanunsuzdur.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və məhkəmə icraçıları gəlib. İcraçılar və polis zavoda basqın etmək istəyərkən işçilər onlara mane olmağa çalışıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.

AzEuroNews.com-u izləyin, az sonra hadisə ilə bağlı video görüntüləri və geniş informasiyanı sizlərə təqdim edəcəyik.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru