Trampdan Maska zərbə: Hökumət qurumlarına onun şirkəti ilə əməkdaşlıq qadağan olunur

25-07-2025, 00:06           
Trampdan Maska zərbə:
ABŞ prezidenti Donald Tramp federal hökumət qurumlarının onun keçmiş müşaviri İlon Maskın xAI şirkəti ilə müqavilə bağlamasını istəmir.

Tribunainfo.az xəbər verir ki, məlumatı Axios portalı Ağ Evin mətbuat katibi Karolin Levittə istinadən yayıb.

Portal qeyd edib ki, Tramp öz administrasiyasına xAI-ni hər hansı federal müqavilələrdən istisna etməyi tapşırsa, şirkət hökumətlə əməkdaşlıqdan əhəmiyyətli maliyyə imkanlarını itirəcək. Levittdən ABŞ prezidentinin İlon Maskın süni intellektlə məşğul olan şirkəti ilə müqavilə bağlayan federal qurumları dəstəkləyib-dəstəkləmədiyini soruşduqda o, belə cavab verib: “Mən belə düşünmürəm, yox”.

Bundan sonra jurnalistlər soruşublar: “Yəni o, Ədliyyə Nazirliyinin Grok (İlon Maskın xAI tərəfindən hazırlanmış süni intellekt chatbotu – red.) ilə müqaviləni ləğv etməsini istəyir?”

Levitt isə cavabında “mən onunla bu barədə danışacağam, bəli” deyib.

Axios qeyd edir ki, Trump administrasiyası dövründə texnoloji və süni intellekt şirkətləri öz texnologiyalarını tətbiq etmək üçün federal maneələr azaldıqca gəlirli hökumət müqavilələrini təmin etməyə can atırlar: “Groq-un Ədliyyə Nazirliyi ilə hər hansı müqaviləsinin olub-olmadığı bəlli deyil. Bununla belə, xAI, o cümlədən Google, Anthropic və OpenAI kimi digər süni intellekt şirkətləri ilə birlikdə bu yaxınlarda Müdafiə Nazirliyi ilə 200 milyon dollarlıq müqavilələr elan edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru