Avropa İttifaqı Qəzzanın keçid idarəsində iştirak etmək istəyir

7-10-2025, 12:44           
Avropa İttifaqı Qəzzanın keçid idarəsində iştirak etmək istəyir
Avropa İttifaqı Qəzzada formalaşacaq keçid hakimiyyətdə iştirak etmək istəyir. Bu, ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəyə son qoymaq üçün irəli sürdüyü planın bir hissəsidir.

AZƏRTAC “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib. “Bəli, hesab edirik ki, Avropanın burada (sülh prosesində) böyük rolu var və biz də bu prosesin bir hissəsi olmalıyıq”, - deyə Kallas əlavə edib.

Öz növbəsində Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib ki, Trampın Qəzza zolağında müharibəni dayandırmaq planının birinci mərhələsi gələn həftənin əvvəlində həyata keçirilməlidir. Lakin əlavə edib ki, digər bütün məsələlər vaxt tələb edir. O, vurğulayıb ki, birinci mərhələnin məqsədi atəşkəsə nail olmaq, girov və məhbusların azad edilməsi, hərbi qarşıdurmada təmkin nümayiş etdirilməsi və Qəzzaya humanitar yardımın daxil olmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru