Lavrov: "Kiyevə "Tomahawk" raketlərinin tədarükü Rusiya-ABŞ münasibətlərinə böyük ziyan vuracaq"

16-10-2025, 15:34           
Lavrov: "Kiyevə "Tomahawk" raketlərinin tədarükü Rusiya-ABŞ münasibətlərinə böyük ziyan vuracaq"
Kiyevə "Tomahawk" raketlərinin tədarükü qərarı Rusiya-ABŞ münasibətlərinə böyük ziyan vuracaq.
"Report"un məlumatına görə, Rusiya Pideri Vladimir Putinin səsləndirdiyi bu fikirləri xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində təkrarlayıb.

"Bəli, "Tomahawk" raketləri ilə bağlı bəyanatlar var idi, lakin raketlərin mümkün tədarükü ilə bağlı bu bəyanatlar silsiləsində Prezident Donald Tramp həm də vəziyyətin gərginləşməsini istəmədiyini qeyd edib. Bu, sadəcə olaraq, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması və Cozef Bayden administrasiyası tərəfindən dalana dirənmiş münasibətləri düzəltmək perspektivlərinə böyük ziyan vuracaq", - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru