Avropa komissarından sərt bəyanat – “İmtina edirik”
21-10-2025, 00:01
Avropa komissarı Dan Yorgensen bildirib ki, Aİ Rusiyanın enerji təchizatından asılı olmamalıdır.
Tribunainfo.az-ın məlumatına görə, Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalansa belə, Avropa Birliyi Rusiya enerjisini idxal etməyəcək.
BunuAİ-nin enerji nazirlərinin Lüksemburqda keçirilən görüşündən sonra energetika üzrə Avropa komissarı Dan Yorgensen bildirib.
“Sülh sazişi bağlandıqdan sonra biz Rusiyadan enerji idxal etməyəcəyik”, – Yorgensen izah edib.
O vurğulayıb ki, gələcəkdə Aİ Rusiya enerji təchizatından asılı olmamalıdır.
Qeyd edək ki, Avropa Komissiyası eyni vaxtda “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya daşınan Rusiya neftinə rüsum tətbiq etməyi nəzərdən keçirir.