Ermənistandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama

22-10-2025, 08:18           
Ermənistandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlər barədə diqqətçəkən açıqlama verib.
TEREF Globalinfo-ya istinadən xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib. Nazir bildirib ki, İrəvan və Ankara arasında heç bir ilkin şərt olmadan dialoq davam edir.
Mirzoyan vurğulayıb ki, liderlər, XİN rəhbərləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində çox yaxşı dialoq var və artıq diplomatik münasibətlərin bərpasına maneə qalmayıb.
Erməni nazir həmçinin qeyd edib ki, sərhədlərin açılması və ticarət əlaqələrinin bərpası istiqamətində növbəti aylarda konkret irəliləyiş gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru