Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib - "Reuters"

22-10-2025, 12:17           
Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib - "Reuters"
Rusiya ABŞ-yə Ukrayna ilə bağlı sülh sazişinin bağlanması şərtlərini əks etdirən qapalı diplomatik nota ("non-paper") göndərib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmilərə istinadən bildirir.

Sənəddə Moskva Donbas və Luqanskın bütün ərazisi üzərində nəzarətin qurulması tələbini bir daha təsdiqləyib.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın hazırkı kursuna faktiki olaraq ziddir. O, cəbhə xəttinin mövcud mövqelərdə dondurulmasının tərəfdarıdır.

Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gərgin keçib. Ukrayna rəsmisi agentliyə bildirib ki, Tramp Ukraynaya təzyiq göstərərək onu Donbasın bir hissəsindən imtina etməyə razı salmağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru