Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-dakı erməni təşkilatı dayanır

10-06-2015, 11:30           

Bakıda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-da fəaliyyət göstərən erməni təşkilatı dayanır.

APA-nın məlumatına görə, Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “Twitter” səhifəsində bu barədə çağırışla çıxış edib. O, Avropa Oyunlarını boykot etməyə çağırıb.

Xatırladaq ki, Avropa Oyunlarında 18 Ermənistan idmançısı iştirak edəcək.

ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru