Yanvar ayının 8-9-da İrandakı rejim bir gecənin içində 40 minə yaxın insanı qətlə yetirib.
11-04-2026, 09:38
İran İsrail və ABŞ-ın hücumları zamanı 3000 nəfərə yaxın insanın öldürüldüyünü bildirib. Rəsmi Tehran bununla bağlı Haaqa Məhkəməsinə müraciət edərək, hər iki ölkə rəhbərliyini cəzalandırılmasını tələb edib. Amma Haaqa Məhkəməsinə müraciət etmək üçün üz olmalıdır. Sual oluanacaq ki, niyə? Yanvar ayının 8-9-da İrandakı rejim bir gecənin içində 40 minə yaxın insanı qətlə yetirib. Rəsmi etirafda isə bu rəqəm həmin gecə üçün 3223 nəfərdir. Hətta həyasızcasına, öldürdükləri adamların adlarını belə dərc etmişdilər. İndi başqa bir sual yaranır: Bir gecədə 3223 nəfər vətəndaşını qətlə yetirən rejim hansı üzlə 40 gün içində 3000 insanı öldürənləri məhkəməyə verir? Əgər məhkəmə qurulacaqsa, hər ikisi üçün qurulmalıdır. P.S. İsrail və ABŞ nə demokratiya carçısıdır, nə də ədalət təcəssümü. İsrail rejimi ümumiyyətlə, Fələstində dəhşətli qətliamlar törədib, dəhşətli cinayətlərə imza atıb və bunun cavabını mütləq verməlidir. Fikrət Fəraməzoğlu TEREF