ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? — Rəsmi Tehrandan REAKSİYA

12-04-2026, 00:02           
ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? —
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib".

"Axios" xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib.

Bildirilib ki, bu, mövcud müharibənin başlanmasından sonra ABŞ hərbi gəmilərinin strateji su yolundan ilk keçididir. Hadisə regionda gərginliyin yüksək səviyyədə qaldığı bir vaxtda baş verib.

İran isə bu məlumatı təkzib edib. Rəsmi Tehran bildirib ki, ABŞ gəmilərinin İranla razılaşdırılmadan Hörmüz boğazından keçməsi barədə xəbərlər həqiqətə uyğun deyil.

"Tasnim" İranın təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb ki, atəşkəs elan olunduğu andan etibarən Tehranla razılaşdırılmadan heç bir gəmi Hörmüz boğazından keçməyib.(bakupost.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru