Zelenski atəşkəsi uzatmağı təklif etdi

12-04-2026, 09:44           
Zelenski atəşkəsi uzatmağı təklif etdi
“Pasxa atəşkəsi sülhə doğru real addım ola bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb.

O bildirib ki, Pasxa bayramı münasibətilə elan edilən müvəqqəti atəşkəs sülh prosesinin başlanğıcı üçün real imkan yarada bilər.

Dövlət başçısı qeyd edib ki, Ukrayna atəşkəsə əməl edəcək və Rusiyanın addımlarına uyğun davranacaq.

Onun sözlərinə görə, Rusiya ordusunun mümkün pozuntularına qarşı cavab tədbirlərinin parametrləri artıq müəyyən edilib.

Zelenski vurğulayıb ki, əgər Rusiya hava, quru və dənizdə hücumları dayandırsa, Ukrayna da eyni şəkildə qarşılıq verəcək. O əlavə edib ki, Kiyev daha əvvəl də müxtəlif atəşkəs təşəbbüsləri ilə çıxış edib.

“Biz hesab edirik ki, Pasxa sülh və təhlükəsizlik dövrü olmalıdır. Bu atəşkəs əsl sülh hərəkatının başlanğıcı ola bilər”, – deyə Zelenski bildirib. O, atəşkəsi bayramdan sonra da uzatmağı təklif edib.

Prezident qeyd edib ki, əgər atəşkəs bayramdan sonra da davam edərsə, Ukrayna tərəfi növbəti addımlarla bağlı təkliflərini Rusiya ilə bölüşüb.

Digər tərəfdən, Kreml Vladimir Putinin qərarı ilə Ukraynada müvəqqəti atəşkəs elan edildiyini açıqlayıb. Bildirilib ki, 11 aprel saat 16:00-dan 12 aprel gününün sonunadək qüvvədə olacaq atəşkəs çərçivəsində bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması tapşırılıb.

Zelenski isə əlavə edib ki, Ukrayna qarşılıqlı addımlara hazırdır və Pasxa bayramının təhlükəsiz keçməsi ilə yanaşı, sülhə doğru real irəliləyişlərə ehtiyac var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru